Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO
01.07.2026 08:27

Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

TodayPress TV xəbər verir ki, məlumata görə, şəhərin şərq və mərkəzi hissələrində partlayışlar baş verib, bəzi ərazilərdə isə yanğınlar müşahidə olunub.

Hücum nəticəsində müdafiə sənayesi müəssisəsi Mayak zavodu zərər görüb. Mayak Rusiyanın müdafiə sənayesi kompleksinə daxil olan strateji əhəmiyyətli müəssisədir. Zavod radioelektron aparatura, idarəetmə cihazları, rabitə sistemləri və hərbi təyinatlı məhsullar istehsal edir. Bu tip müəssisələr Rusiyanın ordusunu avadanlıq və elektronika ilə təmin edən əsas təchizatçılardan biri hesab olunur.

Hadisə yerlərinə xilasetmə qrupları cəlb edilib.

Rusiya tərəfi hava hücumundan müdafiə qüvvələrinin bir neçə dronu vurduğunu açıqlayıb. Rəsmi məlumata əsasən, partlayışlar dron qalıqlarının düşməsi və ya zərbələr nəticəsində sənaye obyektlərində baş verib.

Penza qubernatoru təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Hadisə nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Qeyd edək ki, Penza son aylarda Ukraynanın dron hücumlarının hədəfi olan Rusiya şəhərlərindən biri kimi diqqət çəkir. Burada müdafiə sənayesi və logistika obyektləri yerləşir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Rusiya mülki əhaliyə qarşı dron hücumlarını davam etdirir - ÖLƏNLƏR VAR 10:32 Qlobal enerji birjalarında ucuzlaşma dalğası davam edir 10:20 Leyla Əliyeva Şəkidə - FOTO 10:10 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırıldı 09:56 Neft birjasında cüzi ucuzlaşma oldu 09:51 "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək 09:48 Nazarbayev dövrü basdırılır! Tokayev ölkəni yenidən qurur 09:38 Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik 09:33 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO 09:28 Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu: Xəsarət alan var - VİDEO 09:17 Bu iki ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək 09:12 Fransa millisi 1/8 final mərhələsinə yüksəldi 08:50 Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı 08:42 Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO 08:27 DÇ-2026: Meksika 1/8 finala yüksəldi 08:17 Peruda 500 "yaşı" olan kartof tapıldı 22:00 Ağcaqanadları hansı əlamətlərlə cəlb edirik? - Mütəxəssisdən maraqlı açıqlama 21:58 Alkoqol və çəki artımı: Mütəxəssis kökəlmənin əsas səbəbini açıqladı 21:55 Yeni Zelandiyada möcüzə: Başı stola dəyən qadın 13 ildən sonra görməyə başladı 21:40 İsti havada şirin qazlı içkilərin orqanizm üçün təhlükəsi açıqlandı 21:35 Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat 21:33 Alimlər yaşlılıq dövründə bəzi şəxslərin zehni aydınlığını necə qoruduğunu müəyyən etdilər 22:17 Qalibafın çıxışı yarımçıq kəsildi 01:39 Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu 00:06 SON DƏQİQƏ: Pakistan və Əfqanıstan arasında döyüşlər başladı - VİDEO 00:51 Bütün Xəbərlər