Leyla Əliyeva Şəkidə - FOTO

Leyla Əliyeva Şəkidə - FOTO
01.07.2026 10:10 Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.

TodayPress TV xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.

Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.

Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.

Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva Şəkidə - FOTO — 1
Leyla Əliyeva Şəkidə - FOTO — 2
Leyla Əliyeva Şəkidə - FOTO — 3
Leyla Əliyeva Şəkidə - FOTO — 4
Leyla Əliyeva Şəkidə - FOTO — 5
Leyla Əliyeva Şəkidə - FOTO — 6
Leyla Əliyeva Şəkidə - FOTO — 7
Leyla Əliyeva Şəkidə - FOTO — 8
Leyla Əliyeva Şəkidə - FOTO — 9
XƏBƏR LENTİ
01 IYUL 2026
Çin Ukrayna müharibəsinə qoşulmağa hazırlaşır? 11:21 Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? 11:05 Azərbaycanın neft gəlirləri azalmağa davam edir - SON RƏQƏMLƏR 10:55 İyulun 2-də Yer kürəsini qara bulud bürüyəcək – Saatı belə açıqlandı 10:48 Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR 10:40 Rusiya mülki əhaliyə qarşı dron hücumlarını davam etdirir - ÖLƏNLƏR VAR 10:32 Qlobal enerji birjalarında ucuzlaşma dalğası davam edir 10:20 Leyla Əliyeva Şəkidə - FOTO 10:10 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırıldı 09:56 Neft birjasında cüzi ucuzlaşma oldu 09:51 "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək 09:48 Nazarbayev dövrü basdırılır! Tokayev ölkəni yenidən qurur 09:38 Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik 09:33 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO 09:28 Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu: Xəsarət alan var - VİDEO 09:17 Bu iki ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək 09:12 Fransa millisi 1/8 final mərhələsinə yüksəldi 08:50 Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı 08:42 Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO 08:27 DÇ-2026: Meksika 1/8 finala yüksəldi 08:17 Peruda 500 "yaşı" olan kartof tapıldı 22:00 Ağcaqanadları hansı əlamətlərlə cəlb edirik? - Mütəxəssisdən maraqlı açıqlama 21:58 Alkoqol və çəki artımı: Mütəxəssis kökəlmənin əsas səbəbini açıqladı 21:55 Yeni Zelandiyada möcüzə: Başı stola dəyən qadın 13 ildən sonra görməyə başladı 21:40 İsti havada şirin qazlı içkilərin orqanizm üçün təhlükəsi açıqlandı 21:35 Bütün Xəbərlər