Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı

Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı
01.07.2026 08:42 Dünya

Finlandiyada stasionar telefon xidməti tamamilə dayandırılıb.

TodayPress TV xəbər verir ki, "Yle"nin məlumatına görə, ölkənin ən böyük telekommunikasiya operatoru "Elisa" iyulun 1-dən etibarən stasionar telefon xidmətini dayandırıb.

Bununla da Finlandiyada bu xidməti göstərən əsas operator qalmayıb.

Bundan əvvəl "Telia" 2019-cu ildə sabit telefon şəbəkəsindən imtina etmiş, DNA isə 2026-cı ilin əvvəlində son stasionar telefon abonentlərinə xidmət göstərməyi dayandırıb.

Şirkətin açıqlamasına əsasən, bu ilin əvvəlinə qədər "Elisa"nın fərdi və korporativ müştəriləri arasında cəmi bir neçə min aktiv stasionar telefon xətti qalmışdı. Operator uzun illərdir bu xidmət üzrə yeni müqavilələr də bağlamırdı.

Bildirilir ki, Finlandiyada stasionar telefon xətləri son dövrlərdə əsasən ev telefonları, faks aparatları və lift domofonları üçün istifadə olunurdu.

Qeyd edək ki, bəzi ölkələrdə stasionar telefonlardan istifadə azalsa da, Rusiyada bu cihazlara tələbatın 2026-cı ilin ikinci yarısında 10-15 faiz arta biləcəyi proqnozlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Bütün Xəbərlər