Alimlər yaşlılıq dövründə bəzi şəxslərin zehni aydınlığını necə qoruduğunu müəyyən etdilər

Alimlər yaşlılıq dövründə bəzi şəxslərin zehni aydınlığını necə qoruduğunu müəyyən etdilər
01.07.2026 02:00 Maraqlı
Kəllənin arxa hissəsində yerləşən beyinciyin yaşla bağlı qeyri-bərabər dəyişməsi insanların qocalıq dövründə niyə fərqli koqnitiv qabiliyyətə malik olduqlarını izah edə bilər. Bəzi insanların dərin qocalığa qədər yüksək yaddaş və təfəkkür aydınlığını qoruması, digərlərinin isə bu qabiliyyətləri sürətlə itirməsinin səbəbi məhz beyinciyin funksiyalarında gizlənə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Nature Neuroscience" elmi jurnalında dərc olunan yeni araşdırmada qeyd olunub.

Adətən beyincik hərəkətlərin koordinasiyası, tarazlığın qorunması və xırda motorika ilə əlaqələndirilir. Lakin beyin neyronlarının böyük bir hissəsi məhz burada cəmləşib. Tədqiqatçılar bu strukturun təfəkkür və yaddaş proseslərində də mühüm rol oynadığını ehtimal edirlər.

Neyrobioloqlar 700-dən çox sağlam amerikalının beyin görüntülərini və koqnitiv test nəticələrini təhlil edərək, beyinciyi 11 ayrı sahəyə bölüb və yaşla bağlı bu sahələrin həcmindəki dəyişiklikləri qiymətləndiriblər.

Tədqiqatın nəticələri göstərib ki, beyinciyin qocalma prosesi bərabər getmir: "Mürəkkəb əqli funksiyalara cavabdeh olan arxa hissələr, hərəkətə nəzarət edən ön hissələrə nisbətən daha sürətlə kiçilir".

Araşdırma zamanı məlum olub ki, ahıl yaşlarında beyinciyi nisbətən daha böyük olan şəxslər yaddaş və təfəkkür sınaqlarında daha yüksək nəticələr göstərirlər. Bu tendensiya geniş tibbi bazalarda 47 minə yaxın insanın məlumatları əsasında da öz təsdiqini tapıb. Altsheymer xəstəliyindən əziyyət çəkən şəxslərdə isə xəstəlik irəlilədikcə bu "qoruyucu təsir" tədricən itir. Müəlliflər beyinciyin əqli qabiliyyətləri uzun müddət mühafizə edən bir növ "koqnitiv rezerv" rolunu oynaya biləcəyini vurğulayırlar.

Bununla belə, alimlər qeyd edirlər ki, araşdırma beyincik ölçüləri ilə koqnitiv sağlamlıq arasında birbaşa əlaqə aşkar etsə də, beyinciyin böyüklüyünün yaşlanmanı ləngitməyin əsas səbəbi, yoxsa sadəcə müşayiətedici amil olması hələlik dəqiq deyil.

XƏBƏR LENTİ
16 AVQUST 2026
Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 Bütün Xəbərlər