Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO
Rusiyanın Yaroslavl vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində "Slavneft-YANOS" neft emalı zavodunun ərazisində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, illik təxminən 15 milyon ton neft emal edən müəssisə Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir.
Bildirilir ki, zavod daha əvvəl də Ukrayna tərəfindən dəfələrlə hədəfə alınıb.
Hadisə zamanı şəhərdə ümumilikdə iki yanğın qeydə alınıb, lakin ikinci yanğının baş verdiyi yer hələ müəyyənləşdirilməyib.
Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev gecə saatlarında regionun Ukrayna PUA-larının hücumuna məruz qaldığını təsdiqləyib. Təhlükəsizlik məqsədilə Yaroslavldan Moskva istiqamətinə çıxan yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Türkan İsgəndərli