"ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi

"ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi
06.08.2026 11:11 Dünya

İran ABŞ-nin ölkə ərazisinə qarşı mümkün yeni hərbi zərbələri halında Körfəz ölkələrindəki enerji infrastrukturu və ABŞ-nin regional maraqlarını hədəfə alacağı barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın iyulun 28-də İranın enerji infrastrukturlarına zərbə endirə biləcəyi ilə bağlı bəyanatından sonra yüksək səviyyəli diplomatik təmaslar zamanı Körfəz ölkələrinin rəhbərliyinə çatdırılıb.

Beş fərqli mənbənin bildirdiyinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xarici işlər nazirləri, həmçinin Pakistan ordusunun rəhbəri ilə telefon danışıqları aparıb. Tehran həmin ölkələrdən Vaşinqtona təsir göstərərək Donald Trampı yeni hərbi əməliyyatlardan çəkindirmələrini istəyib.

Mənbələrin sözlərinə görə, İran açıq şəkildə bəyan edib ki, ABŞ ölkənin enerji obyektlərini hədəfə alacağı təqdirdə, cavab olaraq Körfəzdəki enerji infrastrukturu, neft emalı zavodları, elektrik şəbəkələri, su və nəqliyyat infrastrukturu, eləcə də ABŞ-nin bölgədəki hərbi obyektləri zərbə altına düşəcək.

"Reuters"in məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da Donald Trampla danışaraq onu hərbi əməliyyatları təxirə salmağa, atəşkəsin qorunmasına və danışıqların bərpasına çağırıb. Bununla yanaşı, Ər-Riyad öz ərazisinə ediləcək istənilən hücuma hərbi cavab verəcəyini də Tehrana çatdırıb.

İran rəsmiləri hesab edirlər ki, Körfəz ölkələrinin enerji infrastrukturunun hədəfə alınacağı ilə bağlı xəbərdarlıq həm Vaşinqtona, həm də onun regional müttəfiqlərinə yeni hücumların ciddi iqtisadi və strateji nəticələr doğura biləcəyini göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, Donald Tramp avqustun 2-də İranla qısa müddətdə razılıq əldə olunacağı təqdirdə planlaşdırılan hərbi zərbələri dayandırmağa hazır olduğunu açıqlamışdı. Reuters-in məlumatına görə, hazırda tərəflər arasında diplomatik kanallar vasitəsilə gərginliyin daha da artmasının qarşısını almaq üçün intensiv təmaslar davam edir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Bütün Xəbərlər