Qarabağ ətrafında QALMAQAL: Okamponun gizli danışığı ortaya çıxdı

Qarabağ ətrafında QALMAQAL: Okamponun gizli danışığı ortaya çıxdı
08.05.2026 20:32

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun daha bir ifşaedici videosu dərc edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Minval Politika" məlumat yayıb.

Bildirilib ki, bu gün yayımlanan videogörüntülərdə son aylarda Azərbaycanın Qarabağ bölgəsində sökülən qanunsuz tikililər ətrafında qaldırılan isteriyanın arxasında kimin dayandığı aydın görünür. Erməni lobbiçiləri həmin tikililəri "qədim kilsələr" kimi təqdim etməyə çalışırlar. Üstəlik, kadrlardan Ermənistan hakimiyyətinin və Paşinyanın yaxın çevrəsinin hansı nümayəndələrinin Okampo ilə əlaqə saxladığı və faktiki olaraq bu kampaniyaya dəstək verdiyi də anlaşılır.

Videoları və onların transkriptlərini təqdim edirik:

Luis Moreno Okampo: Biz anlaya bilərik ki, siyasi agentlik müdaxilə etməyib, sadəcə nələrisə göstərə bilər. Elə mənim də etdiyim budur. Mən bunu Ermənistanla da bağlı edirəm. Bu gün Ermənistan bərbad vəziyyətdədir, çünki Ermənistanda Paşinyan iki yepiskopu həbs edib. O, erməni kilsəsi ilə ölüm-dirim mübarizəsi aparır. O, erməni Papası olan Katolikosu oğlu olmaqda günahlandırıb və bu, doğrudur. Və sonra, o, ölüm-dirim mübarizəsi aparır. Londondakı yepiskopum da buna görə çox əziyyət çəkir. Amma mən ona deyirəm ki, qulaq as, biz həmişə deyirik: "Biz müdaxilə etmirik".

Həmsöhbət: Bəs o, erməni icmasında iştirakına və ya onu təmsil etdiyinə görə sənə problem yaratmır? Və o, Ermənistan prezidentinin etmək istədiyinə qarşı ola bilər. Mənə elə gəlir ki, hansısa bir blokada yaradılır.

Luis Moreno Okampo: Mənim razılaşmam var. Razılaşma Paşinyanın özü ilə deyil, onun xarici işlər naziri ilədir ki, biz bu məsələni həll edəcəyik, erməniləri azad edəcəyik və Dağlıq Qarabağı qoruyacağıq. Və biz heç vaxt daxili məsələlərə müdaxilə etməyəcəyik.

Həmsöhbət: Yaxşı.

Luis Moreno Ocampo: Ona görə, onlar mənə təşəkkür etdilər. Onlar hesab edirlər ki, bizim kənardan təzyiq göstərməyimiz onlar üçün sərfəlidir, çünki onlar Əliyevlə danışıqlarda aqressiv ola bilmirlər, ona görə də bu, onlar üçün xeyirlidir.

Həmsöhbət: Mənə seçkilər barədə danışın. Onlar?..

Luis Moreno Okampo: Ermənistandakı?

Həmsöhbət: Ermənistandakı. Onlar indi… Onlar, mən onları nəzərdə tuturam…

Luis Moreno Okampo: Mayda. Mən həmişə hökumətə deyirəm ki: "Qulaq asın, uşaqlar, mən heç vaxt milli maraqlara qarışmayacağam".

Həmsöhbət: Çünki siz mənə demişdiniz ki, xarici işlər naziri ilə yaxşı münasibətiniz var.

Luis Moreno Okampo: Hə, Ermənistanın? Bəli. Amma sonra mən ona söz verdim ki, etməyəcəyəm… Baxın, onlar iyrənc işlər görürlər, çünki dörd yepiskopu həbs ediblər. Çünki yepiskop hökumətdə təbliğat aparırdı və hökumət inanırdı ki, yepiskoplar Rusiya üçün işləyirlər.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər