Qaluzin Ermənistanla bağlı açıqlama verdi

Qaluzin Ermənistanla bağlı açıqlama verdi
11.08.2026 11:15

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də Moskvada keçiriləcək KTMT sammitində müzakirə oluna bilər.

TodayPress TV  xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, təşkilat üzvlərindən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar qəbul etmək KTMT Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətindədir. Qaluzin bu məsələdə təşkilatın nizamnaməsinin, o cümlədən 20 və 25-ci maddələrinin tətbiq oluna biləcəyini deyib.

Qaluzin Ermənistanın KTMT-nin fəaliyyətində iştirakdan imtina etməsinin və təşkilatın büdcəsi ilə bağlı illik qərarları imzalamamasının ölkəni üzvlük öhdəliklərindən azad etmədiyini bildirib.

“İrəvanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi və onun büdcəsi ilə bağlı illik qərarları imzalamaması yalnız ona məxsus hüquqdan istifadə etməməsi deməkdir. Lakin bu, Ermənistanın milli üzvlük haqqını vaxtında ödəmək öhdəliyini aradan qaldırmır”, – Rusiya XİN rəsmisi bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu açıqlayıb. İrəvan təşkilatın Ermənistan qarşısındakı təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirir.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Bütün Xəbərlər