Pezeşkian: “Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək”

Pezeşkian: “Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək”
28.02.2026 22:15

ABŞ və İsrailin İran İslam Respublikasına qarşı birgə hücumu və bu çərçivədə Minab rayonunda yerləşən “Şəcərəyi-Təyyibə” ibtidai məktəbinin hədəfə alınması ilə bağlı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mesaj yayımlayıb.

Bu barədə TodayPress TV-yə İranın Azərbaycandakı səfirliyindən bildirilib. 

Mesajda deyilir:

“Bismi Rəbbi şühəda və siddiqin.

Minab rayonunun “Şəcərəyi-Təyyibə” ibtidai məktəbində baş vermiş bu sarsıdıcı faciə və ABŞ və İsrailin qeyri-mülki obyektlərə qarşı həyata keçirdiyi hücum nəticəsində onlarla məsum şagirdin şəhid olması İran xalqının, eləcə də dünyanın vicdanlı və azad insanlarının qəlbini dərin kədərə qərq etmişdir.

Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsinə əlavə olunan daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcəkdir.

Mən bu qəddar cinayəti qətiyyətlə pisləməklə yanaşı, baş vermiş ağır faciəyə görə övladlarını itirmiş ailələrə, Minabın şərəfli xalqına, eləcə də bütün İran millətinə dərin hüznlə başsağlığı verir, özümü onların ağır və dözülməz kədərində səmimi şəkildə şərik hesab edirəm.

Eyni zamanda regionda fəaliyyət göstərən bütün xilasetmə, tibbi və aidiyyəti qurumlardan xahiş edirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirəsalınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər.

Uca Allahdan bu acı və faciəvi hadisənin şəhidlərinə ali məqamlar, yaralılara tezliklə şəfa, onların möhtərəm ailələrinə isə səbir və dözüm diləyirəm”.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Ərdoğan: "Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik" 21:02 "Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı 20:57 İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü 20:38 Cozef Aun: "Beşinci raund həlledici ola bilər" 19:47 Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur 20:28 Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan 20:18 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı 20:09 Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü 19:32 İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi 19:35 Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı 19:14 Bütün Xəbərlər