Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi
23.06.2026 21:13 Daxili siyasət

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatsakanyana verilib. O, bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. L.Mnatsakanyan ittiham tərəfinin təqdim etdiyi videomaterialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O, özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib.

Sonra təqsirləndirilən Qarik Martirosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir.

Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Q.Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib.

Sonra təqsirləndirilən Qarik Martirosyan çıxış edib. O, özünü təqsirli bilmədiyini bildirib.

Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib.

Təqsirləndirilən Qurgen Stepanyanın hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Qurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü 22:41 TBMM-də ilk: Deputatlar ailə həyatı qurdular - FOTO 23:07 DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu 01:04 DÇ-2026: İsveçrə Kanadanı məğlub etdi 01:03 Bu ərazilərdə işıq OLMAYACAQ 23:10 Trampdan Ərdoğana tərif: “Nüfuzlu lider və mənim dostumdur” 00:52 Fransada tarixi istilər: temperatur 40 dərəcəyə çatdı 00:29 Sabah bu rayonda qaz olmayacaq 23:04 Obama Trampa: “Qarşımda olsa, belə danışmazdı” 00:19 AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Şotlandiya Braziliya matçı ləngiyə bilər - SƏBƏB 23:02 İsrail bu sövdələşməni pozmur - Rubio 22:37 Danimarkadan Ukraynaya dəstək: 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək 22:59 ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi 22:31 Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı 21:41 Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı 22:27 "Sabah" Avstriyada ilk yoxlama matçını keçirdi 22:47 700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir 22:25 BMT Livandakı son vəziyyəti açıqladı 22:23 İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO 22:23 İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu 21:28 ABŞ Türkiyəyə reaktiv mühərriklərin satışını təsdiqləyir? 21:58 Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ 21:09 İran ciddi güzəştlərə gedir - Tramp 21:41 ABŞ-də güclü zəlzələ BAŞ VERDİ 20:58 Bütün Xəbərlər