Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI
23.06.2026 22:40 Elm və Təhsil

Azərbaycanda 2010-cu ildən etibarən beynəlxalq fənn olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə ediblər.

TodayPress TV xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.

Onun sözlərinə görə, eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər.

DİM sədri məktəbdaxili qiymətləndirmə ilə qəbul sistemi arasındakı fərqlərə də toxunub. "Şagirdlərin illik və fənlər üzrə qiymətləri mövcud olsa da, ali məktəblərə qəbul zamanı əsas göstərici buraxılış və qəbul imtahanlarının nəticələridir".

O bildirib ki, ölkə üzrə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə vahid standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni sualları cavablandırırlar.

"Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yüksək nəticə göstərən şagirdə yüksək qiymət verə bilər. Bu isə məktəblər arasında qiymətləndirmə fərqlərinin yaranmasına səbəb olur", – o qeyd edib.

M.Abbaszadə əlavə edib ki, məktəb qiymətləri ilə imtahan nəticələri arasında hər zaman tam uyğunluq müşahidə olunmur. Bununla belə, hər il məktəbdə yüksək qiymət alan şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr təhlil edilir və müqayisəli statistikalar ictimaiyyətə təqdim olunur.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB ]] 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 Bütün Xəbərlər