Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur

Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur
23.06.2026 20:30 Dünya

ABŞ İsveçrədə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək və bu çərçivədə Livan və İranla birlikdə atəşkəs rejiminin möhkəmləndirilməsi, müvafiq tədbirlərin icrasına nəzarət məqsədilə birgə qrupun yaradılması da nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aunun ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə telefon danışığının yekunlarına dair məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda gələcək qrupun işinin təşkilati aspektləri və formalaşdırılması qaydası üzərində iş aparılır.

Söhbət zamanı Vens və Rubio İsveçrədə əldə edilmiş razılaşmaların sonrakı icrasının zəruriliyini vurğulayıblar.

Cozef Aun Livandakı vəziyyətə göstərilən diqqətə və "Hizbullah"la İsrail arasında müharibənin dayandırılmasına, dövlət hakimiyyətinin möhkəmləndirilməsinə və Livanın qərarlarının müstəqilliyinin təmin edilməsinə yönəlmiş səylərə görə ABŞ tərəfinə təşəkkür edərək bildirib ki, suverenliyin, vətəndaşların ləyaqətinin və təhlükəsizliyinin qorunması üçün müstəsna məsuliyyət məhz dövlətin üzərinə düşür.

Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqların beşinci raundu başlayıb. Danışıqlar iyunun 25-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Bütün Xəbərlər