"Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə

"Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə
23.06.2026 21:10 Elm və Təhsil

Məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur.

TodayPress TV xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.

DİM sədri diqqətə çatdırıb ki, şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur:

"Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır".

Məleykə Abbaszadə eyni zamanda əlavə edib:

"Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır".

O, həmçinin imtahan suallarının proqramdan kənar olması iddialarına da cavab verib:

"Bizdə sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb. Ümumiyyətlə imtahan modelimiz tamamilə açıq modeldir. Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün "ictimai ekspertiza" başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, "bu sual dərslikdə yoxdur". "Proqramdan kənardır" yox, "məktəbdə keçməmişik", "proqramda var, amma keçməmişik" kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Nəticə etibarilə, dərslikdən kənar və ya proqramdan kənar sualın olması ilə bağlı bizdə hər hansı hal qeydə alınmayıb və ümid edirik ki, gələcəkdə də olmayacaq".

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Bütün Xəbərlər