Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var

Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var
18.08.2026 11:00

Ukraynalı vinger Mixail Mudrik karyerasını İngiltərədə icarə əsasında davam etdirə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb. 

Bildirilir ki, “Çelsi”nin 25 yaşlı futbolçusunun transferi uğrunda mübarizədə “Koventri Siti” rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayır.

London təmsilçisi Mudriklə daimi əsasda yollarını ayırmağı planlaşdırmır. “Çelsi”də hesab edirlər ki, uzun müddət futboldan uzaq qaldıqdan sonra futbolçuya müntəzəm oyun praktikası lazımdır. Bu səbəbdən klub yalnız icarə variantını nəzərdən keçirməyə hazırdır.

“Koventri”yə vaxtilə “Çelsi”nin baş məşqçisi olmuş Frenk Lempard rəhbərlik edir. İngiltərəli mütəxəssis “zadəganlar”da çalışdığı dövrdə Mudriklə yaxından tanış olub.

“Çelsi” rəhbərliyi həmçinin hesab edir ki, “Koventri”nin oyun üslubu ukraynalı futbolçuya uyğun gələ və uzun fasilədən sonra optimal formasını bərpa etməsinə kömək edə bilər.

Qeyd edək ki, Mudrik 2024-cü ilin noyabrından etibarən rəsmi oyunlarda meydana çıxmayıb. Futbolçu iyulun sonunda məşqlərə və oyunlara qayıtmaq üçün icazə alıb. Bundan sonra “Çelsi”nin mövsümöncəsi Asiya turu çərçivəsində üç qarşılaşmasında iştirak edib.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Bütün Xəbərlər