Moldovanın müxalif bloku BMT və ATƏT-ə müraciət etdi

Moldovanın müxalif bloku BMT və ATƏT-ə müraciət etdi
03.08.2025 20:30

Moldovanın müxalif siyasi qüvvələrinin yaratdığı "Qələbə" bloku Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciət edərək Qaqauziya rəhbəri Yevgeniya Qutsula qarşı Kişinyov hakimiyyətinin həyata keçirdiyi siyasi təzyiqlərin dayandırılması üçün tədbirlər görülməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə blokun BMT və ATƏT-in rəhbər şəxslərinə ünvanladığı rəsmi məktubda bildirilir.

Sənəd BMT Baş katibi Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Kristof Kampə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mariya Telalyana ünvanlanıb.

"Komandamız Yevgeniya Qutsul və bütün Qaqauziya üçün beynəlxalq səviyyədə ədalət axtarır. "Qələbə" bloku seçilmiş liderə qarşı həyata keçirilən siyasi təqibə beynəlxalq reaksiya və müdaxilə tələb edən rəsmi məktubları BMT və ATƏT-ə göndərib", - deyə blokun "Telegram" kanalında dərc olunan açıqlamada qeyd olunub. Bildirilib ki, Qaqauziya əhalisi hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nı dəstəkləmədiyinə görə təzyiqlərə məruz qalır.

Töhfə Səməd

XƏBƏR LENTİ
22 IYUN 2026
Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 Bütün Xəbərlər