Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı

Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı
18.08.2026 08:37

Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələnin ölkəyə vurduğu ilkin maddi ziyanın 30 trilyon peso (təxminən 9,6 milyard dollar) olduğu açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə danışan ölkə prezidenti Abelardo de la Espriella bildirib ki, zərərin 24,5 trilyon pesosu binaların, 5,5 trilyon pesosu isə infrastrukturun payına düşür.

Onun sözlərinə görə, rəqəmlər ilkin hesablamalardır. Zəlzələdən ən çox Çoko, Valle del Cauca, Risaralda, Quindío və Caldas departamentləri zərər çəkib. Prezident qeyd edib ki, Çokoda mütləq zərər digər bölgələrdən az olsa da, əhalinin və ərazinin miqyasına nisbətdə itkilər daha böyükdür.

Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 289 nəfər ölüb, 4 187 nəfər yaralanıb, 142 nəfər isə itkin düşüb. 26 945 ev tamamilə dağılıb, 127 557 evə ziyan dəyib.

ABŞ, Ekvador və İsraildən 138 xilasedici axtarış-xilasetmə işlərinə dəstək vermək üçün Kolumbiyaya göndərilib.

Zəlzələnin episentri ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında olub və 7,4 bal gücündə qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Bütün Xəbərlər