Kiyevin yeraltı "Dron Bunkeri" Vaşinqtonu hərəkətə gətirdi
ABŞ senatoru Lindsi Qrem Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsal edən "SkyFall" şirkətinin müəssisələrində olub.
TodayPress TV xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Məlumata görə, senatora "Vampire" zərbə dronları, "Shrike FPV" dronları və "P1-SUN" dron əleyhinə pilotsuz aparatları nümayiş etdirilib.
Bildirilib ki, Lindsi Qrem yerin dərinliyində yerləşən istehsal müəssisəsinə baxış keçirib və onun ən müasir texnologiyalara uyğun olduğunu qeyd edib.
"ABŞ üçün Ukrayna ilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq etməmək böyük səhv olardı", – deyə senator bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2026-cı ildə təxminən 10 milyon pilotsuz uçuş aparatı istehsal edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın bu göstəricini ikiqat artırmaq imkanları da var.
Qiymət Mahir