İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı

İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı
04.08.2026 15:37

İtaliyanın Toskana bölgəsində baş verən zəlzələdən sonra Piza ətrafında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, milli dəmir yolu şirkəti İtaliya Dəmir Yolu Şəbəkəsinin (RFI) məlumatına görə, Piza dəmir yolu qovşağında xətt üzrə texniki yoxlamaların aparılması məqsədilə qatarların hərəkəti dayandırılıb.

Sərnişinlərə gecikmələr, cədvəl dəyişiklikləri və bəzi reyslərin ləğv edilə biləcəyi barədə xəbərdarlıq edilib.

Avqustun 4-də Toskanada 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Yerli KİV-in məlumatına görə, yeraltı təkanlar Piza, Massa-Karrara və Lukka şəhərlərində hiss olunub.

Mülki müdafiə qurumları ilkin yoxlamalardan sonra zəlzələ nəticəsində insan tələfatının olmadığını, həmçinin binalara və infrastruktura ciddi ziyan dəymədiyini açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı — 1
İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı — 2
XƏBƏR LENTİ
04 AVQUST 2026
FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Bütün Xəbərlər