İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlandı – TƏHLÜKƏ

İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlandı – TƏHLÜKƏ
17.04.2026 19:30

Uzun illərdir ağcaqanadlardan azad yeganə ölkə sayılan İslandiya 2025-ci ildə bu üstünlüyünü itirib. Həşəratlar ilk dəfə paytaxt Reykyavik yaxınlığında müşahidə olunub.

TodayPress TV xəbər verir ki, araşdırma "Science" jurnalında dərc edilib.

Alimlər bunu iqlim dəyişikliklərinin əlaməti kimi qiymətləndirirlər. Tədqiqatçılar bildirir ki, Arktika bölgəsi planetin digər hissələrindən təxminən dörd dəfə daha sürətlə istiləşir. Bu isə qarın tez əriməsinə, yay mövsümünün uzanmasına və meşə yanğınlarının artmasına səbəb olur. Belə şərait həşəratların çoxalması üçün əlverişlidir.

Mütəxəssislər qeyd edirlər ki, ağcaqanadlar bu dəyişikliklərin yalnız bir nümunəsidir. Arktikada yaşayan müxtəlif həşəratlar və digər xırda canlılar ekosistemdə mühüm rol oynayır: bitkiləri tozlandırır, üzvi maddələri parçalayır və heyvanlar üçün qida mənbəyi yaradır.

Artıq dəyişikliklərin təsiri heyvanlarda da hiss olunur. Məsələn, bəzi quşlar balalarının çıxması ilə qidalandıqları həşəratların ortaya çıxması arasında uyğunluğu itirir. Şimal maralları isə qansoran həşəratların və parazitlərin artmasından əziyyət çəkir.

Alimlər xəbərdarlıq edirlər ki, həşərat zərərvericilərinin yayılması tundra bitkilərinə zərər verə, torpağın temperaturunu dəyişdirə və buzlaqların daha sürətlə əriməsinə səbəb ola bilər. Bu da istixana qazlarının artmasına gətirib çıxarır.

Tədqiqatçılar bildirirlərki, bu proseslər yalnız başlanğıcdır və vəziyyət insan fəaliyyətinin – turizm, gəmiçilik və infrastrukturun genişlənməsi ilə daha da ağırlaşa bilər. Onların fikrincə, ağcaqanadların İslandiyada görünməsi daha böyük dəyişikliklərin xəbərçisidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Alman polisindən hökumətə sərt mesaj: “Bu ölkəni itiririk” 23:25 Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 Bütün Xəbərlər