İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB
Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarının relsdən çıxması nəticəsində üç nəfər xəsarət alıb.
TodayPress TV bu barədə NTV-yə istinadən xəbər verir.
Məlumata görə, üç nəfərə hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Bununla yanaşı, hadisənin relsin yoldəyişmə sistemindəki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
xxx
İstanbulda Kadıköy–Sabiha Gökçən Hava Limanı marşrutu üzrə hərəkət edən metro qatarı Bostancı stansiyası yaxınlığında relsdən çıxıb.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində sərnişinlər qatardan öz imkanları ilə təxliyə olunub. Onlar bir müddət tunel boyunca piyada hərəkət edərək təhlükəsiz əraziyə çıxıblar.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və metro xidmətinin əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, xəsarət alanlar barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.