128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi

128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi
21.06.2026 03:00 Dünya

ABŞ-nin Dublin şəhərində yerli polis xidməti fəaliyyətə başladıqdan bir ilə yaxın müddətdə "DubBot" adlı polis robotunu istismardan çıxarıb. Avtomatlaşdırılmış köməkçi 10 aylıq fəaliyyəti ərzində nə bir nəfəri saxlaya, nə də hər hansı cərimə tətbiq edə bilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Dəyəri 128 min dollardan çox olan qurğu ictimai məkanlarda patrul xidməti aparmaq və təhlükəsizliyin təmin edilməsində polisə dəstək vermək üçün nəzərdə tutulmuşdu. Lakin fəaliyyət göstərdiyi müddətdə robot nə bir cərimə yazıb, nə də hər hansı saxlanılma əməliyyatında iştirak edib.

Bu səbəbdən "DubBot" qısa müddətdə yerli sakinlərin zarafat mövzusuna çevrilib. Bir çoxları layihəni səmərəsiz hesab etsə də, robotun tərəfdarları onun əsas vəzifəsinin həbslər həyata keçirmək deyil, müşahidə aparmaq, vətəndaşları məlumatlandırmaq və hüquq-mühafizə orqanlarına yardım göstərmək olduğunu bildiriblər.

Bununla belə, şəhər rəhbərliyi proqramı vaxtından əvvəl dayandırmaq qərarına gəlib. Eyni tipli ikinci robotun istifadəyə verilməsi planları da ləğv olunub.

KİV-in məlumatına görə, polis eksperimentin gözləntiləri doğrultmadığını etiraf edib. Hazırda şəhər rəhbərliyi təhlükəsizliyin təmin olunması üçün texnologiyalardan istifadənin alternativ yollarını araşdırır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Bütün Xəbərlər