Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi

Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi
20.06.2026 21:50 Dünya

Türkiyə tarixində ilk dəfə olaraq NATO üzvü olan bir ölkənin Hərbi Dəniz Qüvvələri üçün hərbi gəmi ixrac edib və Rumıniyaya "Cam. Roman" korvetini təhvil verib.

TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İstanbulda keçirilən təhvilvermə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak ediblər.

"Bu gün dənizçilik sənayemizin nailiyyətlərini, mühəndislik potensialımızı, eləcə də Türkiyə ilə Rumıniya arasındakı dostluğu bir daha təsdiqləmək üçün İstanbulda toplaşmışıq. Ölkələrimiz arasındakı çoxillik əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyur və "Cam. Roman" korvetini Rumıniya Hərbi Dəniz Qüvvələrinə qürurla təqdim edirik. Bu, tariximizdə NATO və Avropa İttifaqına üzv bir dövlətə həyata keçirilən ilk hərbi gəmi ixracıdır.

Dəniz minalarına qarşı mübarizə kimi sahələrdə Türkiyə, Rumıniya və Bolqarıstan arasında inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Ümid edirik ki, gələcəkdə bu əlaqələr daha da möhkəmlənəcək. Bu gün təhvil verdiyimiz gəmidə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, atəşin idarəetmə kompleksi, sonar sistemləri və yaxın mənzilli müdafiə silahları tamamilə yerli şirkətlərimiz tərəfindən istehsal olunub", - deyə Ərdoğan bildirib.

Mərasim çərçivəsində "Cam. Roman" korveti ilə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələrinə "Hisar" sinfinə aid "TCG Kochisar" patrul gəmisi də təhvil verilib.

Hər iki gəmi layihənin baş podratçısı olan Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Asfat" şirkəti tərəfindən ölkənin milli gəmiqayırma proqramı çərçivəsində inşa edilib.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Bütün Xəbərlər