İslamabad memorandumunun bəndləri qüvvədən düşdü
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında ABŞ ilə imzalanmış memorandumun böhran mərhələsinə daxil olduğunu təsdiqləyib.
TodayPress TV xəbər verir ki, Bəqayi İranın heç vaxt öhdəliklərini pozmaqda təşəbbüskar olmadığını və bütün danışıqlara ciddi yanaşaraq milli maraqlarını nəzərə aldığını deyib.
O qeyd edib ki, İran əldə olunan razılaşmaları həmişə xoş niyyətlə icra edib.
“Amerikalılar memorandumun bir aylıq müddətinin tamamlanmasına belə imkan vermədilər və ilk günlərdən etibarən onu pozmağa başladılar”, - ABŞ-nin öhdəlikləri pozmasına toxunan sözçü vurğulayıb.
Bəqayi İslamabad memorandumunun bəndlərinin qüvvədən düşdüyünü bəyan edib:
“ABŞ memorandumun 14 bəndini faktiki olaraq sıradan çıxarıb. Biz isə əvvəldən bildirmişdik ki, öhdəlik yalnız qarşılıqlı əsasda yerinə yetirilir və bunu praktikada da nümayiş etdirmişik. Qarşı tərəf bunu pozduğu müddətdə İran da öz öhdəliklərini yerinə yetirməkdən imtina edəcək”.
Jalə Rövşən