İran: Hörmüz boğazında Hindistan gəmilərinə maneə yaratmırıq

İran: Hörmüz boğazında Hindistan gəmilərinə maneə yaratmırıq
06.03.2026 17:20

İran Hörmüz boğazından keçən Hindistan gəmilərinə heç bir maneə yaratmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Tehran Hindistan gəmilərinin boğazdan keçməsinə müdaxilə etmir.

“İran Hörmüz boğazında Hindistan gəmilərini dayandırmır”, – deyə Xətibzadə Hindistanın “The Hindu” qəzetinə bildirib.

Diplomat, eyni zamanda Yeni Dehlini ABŞ-dən İran gəmilərinə qarşı hücumların səbəbi ilə bağlı izahat tələb etməyə çağırıb.

“ABŞ-nin Hind okeanında İran gəmilərini niyə hədəfə aldığını Hindistan soruşmalıdır. Təhdid yaradan tərəf onlardır və suallar da onlara verilməlidir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, martın 4-də ABŞ-yə məxsus sualtı qayığın Hind okeanında, Şri-Lanka sahilləri yaxınlığında İranın “IRIS Dena” freqatına hücum etdiyi və gəminin batdığı barədə məlumat yayılmışdı. Gəmidə 180 nəfərin olduğu bildirilir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı 15:49 5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Şıxlinski və oğlu barədə yekun qərar verildi 15:34 Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 15:32 KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı 15:29 Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ 15:28 Azərbaycan rəsmi qonağı yola saldı 15:22 Liderlər Şuşada birgə nahar etdilər 15:20 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi 15:18 Tonlarla çətənə kolu məhv edilib 15:11 İki qardaş ölkə rəhbəri Bülbülün ev-muzeyini ziyarət etdi 14:59 "Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşdı 14:55 Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir? 14:35 Bütün Xəbərlər