İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı
ABŞ Prezidenti Donald Tramp İranla keçirilən son danışıqlarda əldə olunan razılaşmanın Tehranın son anda irəli sürdüyü tələblər səbəbindən baş tutmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına açıqlamasında danışıb.
Onun sözlərinə görə, iyulun 12-də İranla bağlı keçirilən görüşdə müəyyən razılaşmalar əldə olunub. Lakin sonradan Tehran Vaşinqtondan sənədə dəyişikliklər edilməsini istəyib.
"Onlarla hər şey son anda baş verir. Dünən hər şey razılaşdırılmışdı. Sonra otaqdan çıxdılar, yenidən zəng edib dedilər ki, bir neçə dəyişiklik edilməlidir. Mən isə dedim: "Dəyişikliklər? Xeyr, biz heç nəyi dəyişməyəcəyik", – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun İrana qarşı sərt zərbələr endirmək planı var.
Qeyd edək ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması və yeni danışıqların başlanmasını nəzərdə tutan müvəqqəti memorandum imzalamışdı. Lakin iyulun 8-də hərbi əməliyyatlar yenidən başladıqdan sonra Tramp atəşkəsin artıq qüvvədə olmadığını açıqlamışdı.
Qiymət Mahir