Ərdoğan Trampla Yaxın Şərq məsələsini müzakirə etdi

Ərdoğan Trampla Yaxın Şərq məsələsini müzakirə etdi
25.06.2025 05:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün getdiyi Haaqada ABŞ Prezidenti Donald Trampla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Dəftərxanası məlumat yayıb.

"Görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ prezidentinin səyləri nəticəsində əldə olunan İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olmasını arzulayıb.

O, Qəzzada baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya - Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb", - Dəftərxananın bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, hər iki lider NATO-nun çəkindirici potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. “Prezident Ərdoğan hər iki ölkənin müxtəlif, xüsusən enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu və əməkdaşlığın inkişaf etdirilməsinin, xüsusilə də müdafiə sənayesində ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmasına töhfə verəcəyini bildirib”, - Dəftərxanadan bildirilib.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Bütün Xəbərlər