Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı

Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı
14.07.2026 13:09

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejadın ofisi onun İsrail kəşfiyyat agentliyi "Mossad"ın nümayəndələri ilə gizli görüşləri barədə "The New York Times" qəzetində dərc olunmuş məlumatları təkzib edib.

TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, bəyanatda  nəşrdə ictimaiyyəti çaşdırmaq və İran xalqına qarşı psixoloji müharibə aparmaq məqsədi daşıyan yalan məlumatlar olduğu iddia olunur. 

Keçmiş prezidentin ofisi qeyd edib ki, adətən, onların dediyi kimi, "Hollivud üslubunda" iddialara cavab verməyi zəruri hesab etmir. Lakin ölkədəki mürəkkəb siyasi vəziyyət və potensial təxribatların qarşısını almaq üçün bütün ittihamları rəsmi olaraq təkzib etmək qərarı verilib.

Bəyanatda həmçinin vurğulanıb ki, Mahmud Əhmədinejad gündəlik fəaliyyətini davam etdirir.

Qeyd edək ki,  "The New York Times" qəzeti mənbələrə istinadən Əhmədinejadın İsrail xarici kəşfiyyat agentliyi "Mossad"ın nümayəndələri ilə gizli görüşlər keçirdiyini və İsrailin onun hakimiyyətə qayıtmasını asanlaşdırmaq imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 IYUL 2026
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 TƏCİLİ: Kreml Azərbaycana qarşı – Bakının Ukraynanı müdafiə etməsi imperiyanı dilə gətirdi 14:15 Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Bütün Xəbərlər