Avstriya ordusu "həyəcan" təbili çaldı - qırıcılar havaya qaldırıldı

Avstriya ordusu "həyəcan" təbili çaldı - qırıcılar havaya qaldırıldı
12.05.2026 20:08

ABŞ hərbi təyyarələri icazəsiz şəkildə Avstriya hava məkanına daxil olduqdan sonra ölkə iki gün ərzində iki dəfə “Eurofighter” qırıcılarını havaya qaldırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Hadisələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "PC-12" tipli iki təyyarə ilə bağlı olub. Bu turbovintli model adətən müşahidə və kəşfiyyat missiyaları üçün istifadə olunur.

“Kurier” qəzeti yazıb ki, bu təyyarələr müvafiq icazə olmadan ölkənin hava məkanına daxil olduqları üçün hava nəzarəti siqnallarını işə salıb.

Müdafiə Nazirliyinin sözçüsü Maykl Bauer bildirib ki, mayın 11-i icazəsiz uçuşu müəyyənləşdirmək üçün iki Avstriya “Eurofighter” qırıcısı havaya qaldırılıb. Onun sözlərinə görə, Avstriya təyyarələri yaxınlaşdıqdan sonra ABŞ hərbi təyyarələri geri dönərək Münhenə qayıdıb.

Bauer təsdiqləyib ki, həmin təyyarələr mayın 10-u da Yuxarı Avstriya üzərində müşahidə olunub və bu zaman da qırıcılar havaya qaldırılıb. O bildirib ki, hadisə diplomatik kanallar vasitəsilə həll olunacaq.

Qeyd edək ki, son aylarda Avstriya öz hava məkanına nəzarəti gücləndirib. Apreldə ölkə neytrallıq qanununa istinad edərək İranla müharibədə iştirak edən ABŞ hərbi təyyarələrinin Avstriya hava məkanından istifadə etməsinə qadağa qoyub.

Baş nazirin müavini Andreas Babler sosial şəbəkədə yazıb ki, avstriyalılar ABŞ Prezidenti Donald Trampın xaos siyasəti və onun müharibəsi ilə heç bir əlaqədə olmaq istəmirlər. O əlavə edib ki, neytrallıq ölkə üçün qiymətli dəyərdir, müharibəyə yox.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Bütün Xəbərlər