Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi

Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi
18.06.2026 23:20

2025-ci ildə Danimarkada mal və xidmətlərin qiymət səviyyəsi Avropa İttifaqında (Aİ) ən yüksək göstəriciyə çataraq Aİ üzrə orta səviyyənin 140%-ni təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Avrostat"ın rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, İrlandiyada analoji göstərici 136%, Lüksemburqda isə 132% olub. Ən aşağı qiymət səviyyələri isə Bolqarıstanda (63%), Rumıniyada (65%) və Polşada (73%) qeydə alınıb.

Bildirilib ki, ötən il ev təsərrüfatlarının ən böyük xərc maddəsi olan mənzil xərcləri İrlandiyada Aİ üzrə orta göstəricinin 190%-nə çatdığı halda, Bolqarıstanda bu rəqəm cəmi 41% təşkil edib.

Əhəmiyyətinə görə ikinci əsas xərc kateqoriyası qida məhsulları və alkoqolsuz içkilər olub. Bu sahədə ən yüksək qiymətlər Lüksemburqda (Aİ üzrə orta səviyyənin 122%-i), ən aşağı qiymətlər isə Rumıniyada (80%-i) qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Bütün Xəbərlər