Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO

Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO
24.06.2026 14:19

İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı maraqlı an yaşanıb.

TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Belə ki, İslamabadda İran Prezidentinə simvolik olaraq ağac əkilməsi təklif olunub.

Protokola əsasən, onun sadəcə bir neçə kürək torpaq atması nəzərdə tutulurdu.

Lakin Pezeşkian bu işə o qədər həvəslə yanaşıb ki, bir neçə kürəklə kifayətlənməyərək torpaq tökməyə davam edib.

Hətta Pakistanın Baş naziri Şahbaz Şərif dəfələrlə “kifayətdir” desə də, İran lideri ağacın ətrafına torpaq tökməyi davam etdirib.

Bu anlar tədbir iştirakçıları arasında gülüş və maraqla qarşılanıb.

Qeyd edək ki, iyunun 23-də İran Prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda rəsmi səfərə gedib. Səfər Pakistan hökumətinin dəvəti əsasında baş tutub.

Bundan əvvəl Məsud Pezeşkian bildirmişdi ki, Pakistanın İranla ABŞ arasında anlaşmanın əldə olunması istiqamətində göstərdiyi səylər bu səfərin reallaşmasında mühüm rol oynayıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Bütün Xəbərlər