ABŞ Rusiyanın “təhlükə” kimi göstərilməsinə qarşı çıxa bilər

ABŞ Rusiyanın “təhlükə” kimi göstərilməsinə qarşı çıxa bilər
05.06.2025 14:25

ABŞ iyunun 24–25-də Haaqada keçiriləcək NATO sammitinin yekun sənədində Rusiyanın “təhlükə” kimi təqdim olunmasına qarşı çıxa bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Euractiv” portalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, NATO ölkələri arasında hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması barədə ümumi razılaşma olsa da, bu addımın yekun bəyannamədə necə əsaslandırılacağı mövzusunda fikir ayrılıqları qalır. Avropa ölkələri əlavə müdafiə xərclərinin “Rusiya təhdidi” ilə izah olunmasında israrlıdır. Lakin üç NATO diplomatının fikrincə, ABŞ bu formulaya qarşı çıxa bilər, çünki Vaşinqton hazırda Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq niyyətindədir və sərt ritorikanın danışıqlar perspektivinə zərər vurmasından çəkinir.

Mənbələr həmçinin qeyd edirləb ki, sammitin yekun bəyannaməsi cəmi bir səhifəlik olacaq. İki Avropa diplomatının fikrincə, bu qısa format, müzakirələrin uzanmasının qarşısını almaq və ABŞ prezidenti Donald Trampın NATO-nun əsas hərbi məsələlərə fokuslanması ilə bağlı tələblərinə uyğunlaşmaq məqsədi daşıyır.

Qiymət Mahir

XƏBƏR LENTİ
03 IYUL 2026
Tbilisidə qətlə yetirilən Fatimə Kərimovanın işi ilə bağlı yeni detallar açıqlandı 10:10 Əmtəə bazarlarında qızıl növbəti rekorda yaxınlaşır? 09:53 DÇ-2026: 1/8 finalın 6 cütlüyü müəyyənləşdi 09:47 Brent neftində müsbət tendensiya davam edir 09:36 İranda Xameneinin vida mərasimi başladı - VİDEO 00:06 Paşinyan Tehrandadır 09:21 Hakim "Arzum"un cəzası ilə bağlı açıqlama yaydı 09:02 Mariupol vuruldu: Yük maşınları hədəfdə - VİDEO 08:54 Çin Arktikanı araşdıracaq - İqlim böhranı gerçəkləşir? 08:42 Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA - YENİLƏNDİ 18:12 Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO 08:31 DÇ-2026: Portuqaliya 1/8 finala yüksəldi 08:22 Antioksidantlarla zəngin altı qida 23:53 Atasının maşında unutduğu uşaq istidən öldü 23:26 Həyətdə saxlanılan meymun 84 yaşlı qadını öldürdü 22:58 Polşada qərar dəyişdi: Minlərlə ukraynalı evsiz qala bilər 22:03 Tramp dünya rekordunu qırmağa hazırlaşır 22:18 Rusiya yanacaq çatışmazlığının qarşısını almaq üçün bu addımı atdı 00:24 Qazaxıstanda ruslara benzin satılacaq, amma BİR ŞƏRTLƏ 01:11 DÇ-2026: İspaniya 1/8 finala çıxdı - YENİLƏNDİ 23:13 Qalibaf efirdə bu sözləri dedikdən sonra EKRAN QARALDI - VİDEO 00:39 Ermənistanda keçmiş Qarabağ separatçısı saxlanıldı 23:32 Trampdan qeyri-adi XƏBƏRDARLIQ: “Bir daha balıq tuta bilməyəcəksiniz” 23:07 Fatimə Hüseynovanın nəşi ölkəyə gətirilir 22:47 Fidan: İsrailə dəstək ABŞ-nin üzərinə əlavə yükdür 22:42 Bütün Xəbərlər