ABŞ İranı Hörmüz boğazı ilə bağlı xəbərdar etdi

ABŞ İranı Hörmüz boğazı ilə bağlı xəbərdar etdi
31.01.2026 11:00

ABŞ tərəfi Hörmüz boğazının beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyətini önə çəkərək, İranın bölgədə sabitliyi poza biləcək hərəkətlərdən çəkinməli olduğunu qeyd edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı təhlükəsizlik xəbərdarlığında bildirilir.

Bəyanatda qeyd olunub ki, İran ordusunun Hörmüz boğazında planlaşdırdığı iki günlük atəş təlimi təhlükəsiz və peşəkar şəkildə, eləcə də beynəlxalq dəniz nəqliyyatının naviqasiya azadlığına təhlükə yaratmadan keçirilməlidir. Komandanlıq xüsusilə “İnqilab Keşikçiləri Korpusu” tərəfindən elan edilən dəniz təlimlərinin bölgədə gərginliyi artırmamasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, İran Hörmüz boğazı ətrafındakı hava məkanında hərbi atış fəaliyyəti ilə bağlı Hərbi Hava Qüvvələrinə Bildiriş yayımlayıb. Bildirişdə 27-29 yanvar tarixləri arasında 5 dəniz mili radiuslu dairəvi ərazidə hərbi atış təlimlərinin keçiriləcəyi, həmin zonada hava məkanının yer səviyyəsindən 25 min fut hündürlüyə qədər məhdudlaşdırılacağı və təhlükəli hesab ediləcəyi açıqlanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
ABŞ-li Olimpiya çempionu narkotik ittihamı ilə saxlanıldı 22:49 "Qiyamət günü" radiostansiyası iki saatdan çox müddətdə yeddi söz ötürdü 22:45 Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı 22:43 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü 22:41 TBMM-də ilk: Deputatlar ailə həyatı qurdular - FOTO 23:07 DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu 01:04 DÇ-2026: İsveçrə Kanadanı məğlub etdi 01:03 Bu ərazilərdə işıq OLMAYACAQ 23:10 Trampdan Ərdoğana tərif: “Nüfuzlu lider və mənim dostumdur” 00:52 Fransada tarixi istilər: temperatur 40 dərəcəyə çatdı 00:29 Sabah bu rayonda qaz olmayacaq 23:04 Obama Trampa: “Qarşımda olsa, belə danışmazdı” 00:19 AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Şotlandiya Braziliya matçı ləngiyə bilər - SƏBƏB 23:02 İsrail bu sövdələşməni pozmur - Rubio 22:37 Danimarkadan Ukraynaya dəstək: 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək 22:59 ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi 22:31 Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı 21:41 Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı 22:27 "Sabah" Avstriyada ilk yoxlama matçını keçirdi 22:47 700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir 22:25 BMT Livandakı son vəziyyəti açıqladı 22:23 İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO 22:23 İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu 21:28 ABŞ Türkiyəyə reaktiv mühərriklərin satışını təsdiqləyir? 21:58 Bütün Xəbərlər