İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu

İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu
24.06.2026 22:10 Dünya

İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində həlak olan maşinistin hadisədən az əvvəl qırmızı işıqda keçdiyi məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə BBC korporasiyası iyunun 19-da Bedford şəhəri yaxınlığında baş vermiş qəzanın ilkin araşdırma nəticələrinə istinadən məlumat yayıb.

Böyük Britaniyanın Dəmir Yolu Hadisələrinin Araşdırılması İdarəsinin məlumatına görə, 60 yaşlı maşinist Şon Bartonun ölkə dəmir yollarında geniş istifadə olunan avtomatik xəbərdarlıq sistemindən hansı siqnalları aldığı hələlik məlum deyil.

Araşdırma müəyyən edib ki, qatarın əyləcləri toqquşmadan doqquz saniyə əvvəl işə salınıb. Bu da sürətin saatda 76 mildən 49 milə (təxminən 122 km/saatdan 79 km/saatadək) enməsinə imkan verib.

Həmçinin məlum olub ki, ikinci qatar maşinist xəbərdarlıq sisteminin işə düşməsi səbəbindən relslər üzərində qəfil dayanıb. Sözügedən sistem maşinisti qırmızı işıq siqnalı barədə xəbərdar edir, onun reaksiya vermədiyi halda isə təcili əyləclənməni avtomatik aktivləşdirir.

Londona doğru hərəkət edən iki qatarın toqquşması nəticəsində ümumilikdə 100-ə yaxın insan xəsarət alıb. Hazırda 53 nəfər xəstəxanada müalicə olunur, onlardan səkkizinin vəziyyəti ağırdır.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Neftin qiyməti artdı 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Bütün Xəbərlər