"Sülh gətirəcəm deyir, böhran yaradır..." — Tramp savaş elan edir?

"Sülh gətirəcəm deyir, böhran yaradır..." — Tramp savaş elan edir?
24.10.2025 17:08 Təhlil

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Venesuelada quru əməliyyatına başlayacağını açıqlayıb. 

Savaşları bitirmək üçün sanki yarışa girən Tramp indi Venesuela ilə müharibəyə hazırlaşır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Tramp administrasiyasının bu addımı regionda yeni gərginlik ocağı yarada bilər:


“Tramp təkcə Venesuela ilə deyil, bir sıra Latın Amerikası ölkələri ilə də ciddi problemlər yaşayır. Onun Kolumbiya, Braziliya və Meksika ilə münasibətlərində də anlaşılmazlıqlar mövcuddur. Bu gərginliklər qarşılıqlı ittihamlarla müşayiət olunur. Maraqlı məqam ondadır ki, dünyada müharibələri dayandırdığını iddia edən ABŞ Prezidenti eyni zamanda yeni böhran mənbələri yaradır”.

Ekspertin sözlərinə görə, Vaşinqtonun Karakasla münasibətləri hələ əvvəlki prezident dövründən bəri gərgin idi:

“Venesuela dünyanın ən zəngin karbohidrogen yataqlarına malik ölkələrindən biridir. Bu, ABŞ üçün strateji əhəmiyyət daşıyır. Lakin rejimlə dərin fikir ayrılıqları Vaşinqtonla əməkdaşlığın qarşısını alırdı. Tramp administrasiyası təzyiqləri artırmaqla Venesuelanın təbii resurslarına çıxış əldə etməyə çalışır. Artıq ABŞ-nin xüsusi xidmət orqanlarına Venesuelada müəyyən əməliyyatlar keçirmək üçün icazə verilib və regionda hərbi qüvvələr artırılır. Buna cavab olaraq Venesuela da müdafiə hazırlıqlarına başlayıb”.


Əli Orucov hesab edir ki, vəziyyətin hərbi toqquşmaya çevrilməsi ehtimalı hələlik azdır:

“Bu proses genişmiqyaslı eskalasiyaya gətirib çıxarmayacaq. Tərəflərin heç biri açıq müharibədə maraqlı deyil. Görünən odur ki, biz daha bir müharibənin şahidi olmayacağıq".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər