Vaşinqton görüşünün pərdəarxası: İrana qarşı koalisiya qurulur?

Vaşinqton görüşünün pərdəarxası: İrana qarşı koalisiya qurulur?
12.02.2026 17:14 Təhlil

ABŞ Lideri Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə üç saatdan artıq davam edən görüş keçirib. 


Netanyahu müharibədən sonrakı Qəzza zolağını idarə etmək üçün yaradılan "Sülh Şurası"na rəsmi olaraq qoşulub. 

Baxmayaraq ki, daha öncə İsrail bundan imtina etmişdi. 

Bəs bu İsrailin Qəzza siyasətində ciddi dönüşə işarə hesab oluna bilərmi? 

Sözügedən məsələ barədə siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb. 


O bildirib ki, Netanyahunun Sülh Şurasında iştirakı zəruridir:

"Sülh Şurası ilkin olaraq Qəzza bölgəsi üçün yaradılıb. Sonradan bu təşəbbüsü digər mövcud və ya yarana biləcək münaqişələrə də aid etmək ideyası ortaya çıxıb və bu, Sülh Şurasının nizamnaməsində öz əksini tapıb. Bu səbəbdən Netanyahunun Sülh Şurasında iştirak etməkdən imtina etməsi mümkün deyil. Sadəcə olaraq, Davosda imzalanma mərasimində Netanyahu iştirak etmədi, ancaq rəsmi şəkildə imtina etməyib. Görünür, o, mərasimi daha təntənəli şəkildə və ya özünün lazım bildiyi şəkildə Ağ Evdə imzalamaq istəyirdi və bu da baş verdi".

Ekspert hesab edir ki,  Netanyahunun Vaşinqtona səfərinin əsas məqsədi İrana qarşı atılacaq addımları müzakirə etmək və ABŞ-ni İrana güzəştlərdən çəkindirmək idi: 


“Çünki İran açıq şəkildə bəyan edib ki, yalnız nüvə proqramını müzakirə edəcək; ballistik raketlər və proksi qüvvələrlə bağlı məsələləri müzakirə etməyəcəyini bildirib. Bu, təbii olaraq Netanyahunu qətiyyən razı salmır”.  

Onun sözlərinə görə, Vaşinqtona səfərdən sonra müəyyən razılaşmaların əldə olunduğu güman edilir. Bu isə ABŞ ilə İran arasında razılıq imkanlarını bir qədər də azaldıb:

“Onsuz da İranın mövqeyi ABŞ-ni qətiyyən qane etmirdi və razılaşma ehtimalı çox az idi. Netanyahunun səfərindən sonra bu inam daha da zəifləyib və yaxın günlərdə ABŞ-nin İsraillə birlikdə İrana zərbələr endirmək qərarına gələ biləcəyi istisna edilmir”. 

A.Səmədov son olaraq əlavə edib ki,  İsrailin Qəzza siyasətində ciddi dönüş yoxdur və ABŞ ilə görüşdə əsas məqsəd Trampın əvvəlcədən razılaşdırılmış mövqeyində qalmasını təmin etmək olub.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Bütün Xəbərlər