Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi

 Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi
25.06.2026 12:01 Təhlil

Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda böyük informasiya və narrativlər savaşı müstəvisində davam edir.

Beynəlxalq birliyin, BMT-nin və müstəqil analitik mərkəzlərin baş verən hadisələri suveren bir ölkənin sərhədlərinin kobud şəkildə pozulması və açıq işğal aktı kimi tanıdığı bir vaxtda, Rusiya xarici siyasətinin rəhbərlərinin, xüsusən də Sergey Lavrovun son bəyanatı Kremlin tam fərqli bir paralel xətt üzərində israr etdiyini deyir.

Lavrovun "Biz Ukraynanı işğal etmədik, xüsusi hərbi əməliyyat elan etdik. Çünki Qərb bizə, bütün Rusiya dünyasına müharibə elan etdi və bizim artıq başqa çıxış yolumuz qalmadı" iddiası Rusiyanın apardığı hərbi kampaniyanın əsas ideoloji dayağıdır.

Rusiya rəhbərliyi beynəlxalq hüquq qarşısında təcavüzkar dövlət statusundan qaçmaq və öz addımlarını qanuniləşdirmək üçün xarici siyasətdə sınanmış bir psixoloji standarta — özünü qurban rolunda təqdim etmək taktikasına əl atır.

Kreml "Mühasirəyə alınmış qala" sindromuna tutulub. Ölkənin çırpınışları beynəlxalq hüquq müstəvisində müharibə və işğal faktının rəsmən qəbul edilməsi təcavüzkar tərəfə ağır sanksiyalar, təzminat öhdəlikləri və hərbi cinayətlər üzrə tribunal məsuliyyəti yüklənməsi faktından qaçmağa hesablanıb.

Moskva bu aktorları qlobal mənəvi yükü azaltmaq və beynəlxalq ictimaiyyətin rəyini bulandıraraq prosesi lokal təhlükəsizlik tədbiri kimi sırımaq üçün süzgəc rolunda istifadə edir.

Münaqişə regional çərçivədən çıxarılaraq unikal bir Avrasiya sivilizasiyasının mövcudluq savaşı kimi qələmə verilir. Bu xətt daxildə iqtisadi çətinliklərin və cəbhədəki itkilərin gətirdiyi sosial gərginliyi yatırmaq üçün effektiv alətdir.

Rus cəmiyyətinə mesaj verilir ki, dövlət hücum etmir, əksinə, öz kimliyini və gələcəyini kollektiv Qərbə qarşı müdafiə edir.

Ortada müharibəni Ukrayna ilə toqquşma yox, Qərb imperializminə və neomüstəmləkəçiliyə qarşı bir ədalət savaşı kimi təqdim edib çətin vəziyyətdə olan xalqdan rəğbət qazanmaq məqsədi var.

Qurban psixologiyasının arxasında dərin travmalar dayanır. Rusiya diplomatiyası müasir geosiyasi prosesləri əsaslandırmaq üçün tarixi tez-tez təhrif edir; Napoleon və ya Hitler yürüşlərinin yaratdığı tarixi yaddaş bu gün Ukraynadakı hadisələrə layihələndirilir. NATO-nun şərqə doğru genişlənməsi isə bu narrativin müasir təməl daşıdır.

Rusiya özünün hərbi ekspansiyasını Qərbin onun təhlükəsizlik maraqlarını heçə saymasına və onu küncə sıxışdırmasına verilən məcburi, qaçılmaz reaksiyalar zənciri kimi təqdim edir və Lavrovun "başqa çıxış yolumuz qalmadı" ifadəsini məhz bu məntiq qidalandırır.

Rusiya diplomatiyası suveren bir dövlətin torpaqlarının zəbt edilməsi reallığını amıq-aşkar manipulyasiya ilə ört-basdır etməyə çalışır.

Belə yanaşma Kremlə həm ölkə daxilində cəmiyyəti səfərbər etməyə mənəvi don geyindirməyə, həm də beynəlxalq arenada diplomatik manevr sahəsini qoruyub saxlamağa imkan verir.

Mənzərə ortadadır. Hər kəs prosesin niyə başladığını, necə başladığını bilir. Hücum edən tərəfin "qurban" maskası taxması real mənzərəni dəyişmir və beynəlxalq hüquqi məsuliyyəti ortadan qaldıra bilməz.

Jalə Rövşən

XƏBƏR LENTİ
25 IYUN 2026
Almaniya Türkiyədə “Patriot” HHM sistemi yerləşdirdi 13:29 İrəvanın səbri tükəndi, Paşinyan hökm oxudu: "Ya problemləri düzəldin, ya da..." 13:28 "Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı 13:20 Aşura günü nələr etmək olar, nələr qəti olmaz? - "Çimməmək, sabun istifadə etməmək…" 13:08 Üç namizəddən biri seçilir – Paşinyan bu gün açıqlayacaq 13:00 Lukaşenko Zelenskinin sözünü yerə salmadı, fəaliyyəti dayandırdı 12:59 Sabahın hava proqnozu açıqlandı 12:58 Son 126 ilin ən güclüsü... 12:48 FİFA Rusiya millisinin Dünya Çempionatına buraxılmasına qərar verdi 12:46 İtkin düşən şəxsi axtararkən özləri qəzaya düşdülər: Göyərtədə 13 nəfərlə helikopter yerə çırpıldı 12:42 Kiyevin Avropa planı alt-üst oldu: Budapeşt o məktubları imzalamadı 12:33 Neymar Braziliya yığmasının tarixinə düşdü 12:27 Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir - YENİLƏNDİ 10:44 Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi 12:01 Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu 11:57 BDU bu ixtisas üzrə mütəxəssis hazırlığına başlayır 11:56 Səs yazısı yayıldı, polislər qapısına dayandı – Gümrüdə nə baş verir? 11:47 ANAMA Şuşanın o kəndindəki minatəmizləmə rəqəmlərini açıqladı 11:47 İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi 11:29 İki ardıcıl zəlzələ binaları tabuta çevirdi, dünya köməyə qaçdı Düşmənlik kənarda qaldı... 11:29 Metroda qatarların hərəkət qrafiki bu səbəbdən dəyişdiriləcək 11:23 Ukrayna Rusiyanın "qəlbi"nə zərbələri davam etdirir - VİDEO 11:17 Azərbaycan Mozambiki təbrik etdi 11:09 "Toxumçuluq haqqında" qanun layihəsi müzakirə edilir 11:05 “NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO 10:58 Bütün Xəbərlər