Kiyevin Avropa planı alt-üst oldu: Budapeşt o məktubları imzalamadı
Macarıstanın etirazı səbəbindən Avropa İttifaqı Ukraynanın üzvlük danışıqları ilə bağlı planına dəyişiklik edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" Avropa İttifaqının rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Brüssel iyul ayında əvvəlcədən planlaşdırıldığı kimi beş deyil, iki danışıq klasterinin açılmasına çalışacaq. Söhbət xarici əlaqələri əhatə edən altıncı və daxili bazara aid ikinci klasterdən gedir. Qalan üç klasterin taleyi isə daha sonra müzakirə olunacaq.
Bildirilir ki, Macarıstan indiyədək bunun üçün tələb olunan birgə məktubları imzalamayıb. Budapeşt Ukraynanın Avropa İttifaqına sürətlə qəbul edilməsinə qarşı çıxır və bütün klasterlərin qısa müddətdə açılmasını bu prosesin sürətləndirilməsi kimi qiymətləndirir.
Aİ nümayəndələrindən biri isə mövcud çətinliklərin iyul ayına qədər həll olunacağını və ən azı iki klasterin açılacağına ümid etdiklərini bildirib.
Qiymət Mahir