Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi

 Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi
25.06.2026 12:01 Təhlil

Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda böyük informasiya və narrativlər savaşı müstəvisində davam edir.

Beynəlxalq birliyin, BMT-nin və müstəqil analitik mərkəzlərin baş verən hadisələri suveren bir ölkənin sərhədlərinin kobud şəkildə pozulması və açıq işğal aktı kimi tanıdığı bir vaxtda, Rusiya xarici siyasətinin rəhbərlərinin, xüsusən də Sergey Lavrovun son bəyanatı Kremlin tam fərqli bir paralel xətt üzərində israr etdiyini deyir.

Lavrovun "Biz Ukraynanı işğal etmədik, xüsusi hərbi əməliyyat elan etdik. Çünki Qərb bizə, bütün Rusiya dünyasına müharibə elan etdi və bizim artıq başqa çıxış yolumuz qalmadı" iddiası Rusiyanın apardığı hərbi kampaniyanın əsas ideoloji dayağıdır.

Rusiya rəhbərliyi beynəlxalq hüquq qarşısında təcavüzkar dövlət statusundan qaçmaq və öz addımlarını qanuniləşdirmək üçün xarici siyasətdə sınanmış bir psixoloji standarta — özünü qurban rolunda təqdim etmək taktikasına əl atır.

Kreml "Mühasirəyə alınmış qala" sindromuna tutulub. Ölkənin çırpınışları beynəlxalq hüquq müstəvisində müharibə və işğal faktının rəsmən qəbul edilməsi təcavüzkar tərəfə ağır sanksiyalar, təzminat öhdəlikləri və hərbi cinayətlər üzrə tribunal məsuliyyəti yüklənməsi faktından qaçmağa hesablanıb.

Moskva bu aktorları qlobal mənəvi yükü azaltmaq və beynəlxalq ictimaiyyətin rəyini bulandıraraq prosesi lokal təhlükəsizlik tədbiri kimi sırımaq üçün süzgəc rolunda istifadə edir.

Münaqişə regional çərçivədən çıxarılaraq unikal bir Avrasiya sivilizasiyasının mövcudluq savaşı kimi qələmə verilir. Bu xətt daxildə iqtisadi çətinliklərin və cəbhədəki itkilərin gətirdiyi sosial gərginliyi yatırmaq üçün effektiv alətdir.

Rus cəmiyyətinə mesaj verilir ki, dövlət hücum etmir, əksinə, öz kimliyini və gələcəyini kollektiv Qərbə qarşı müdafiə edir.

Ortada müharibəni Ukrayna ilə toqquşma yox, Qərb imperializminə və neomüstəmləkəçiliyə qarşı bir ədalət savaşı kimi təqdim edib çətin vəziyyətdə olan xalqdan rəğbət qazanmaq məqsədi var.

Qurban psixologiyasının arxasında dərin travmalar dayanır. Rusiya diplomatiyası müasir geosiyasi prosesləri əsaslandırmaq üçün tarixi tez-tez təhrif edir; Napoleon və ya Hitler yürüşlərinin yaratdığı tarixi yaddaş bu gün Ukraynadakı hadisələrə layihələndirilir. NATO-nun şərqə doğru genişlənməsi isə bu narrativin müasir təməl daşıdır.

Rusiya özünün hərbi ekspansiyasını Qərbin onun təhlükəsizlik maraqlarını heçə saymasına və onu küncə sıxışdırmasına verilən məcburi, qaçılmaz reaksiyalar zənciri kimi təqdim edir və Lavrovun "başqa çıxış yolumuz qalmadı" ifadəsini məhz bu məntiq qidalandırır.

Rusiya diplomatiyası suveren bir dövlətin torpaqlarının zəbt edilməsi reallığını amıq-aşkar manipulyasiya ilə ört-basdır etməyə çalışır.

Belə yanaşma Kremlə həm ölkə daxilində cəmiyyəti səfərbər etməyə mənəvi don geyindirməyə, həm də beynəlxalq arenada diplomatik manevr sahəsini qoruyub saxlamağa imkan verir.

Mənzərə ortadadır. Hər kəs prosesin niyə başladığını, necə başladığını bilir. Hücum edən tərəfin "qurban" maskası taxması real mənzərəni dəyişmir və beynəlxalq hüquqi məsuliyyəti ortadan qaldıra bilməz.

Jalə Rövşən

XƏBƏR LENTİ
13 AVQUST 2026
Türkiyədə turist gəmi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Bütün Xəbərlər