Son 126 ilin ən güclüsü...
Venesuelada baş verən güclü zəlzələ ölkədə 1900-cü ildən bəri qeydə alınan ən güclü seysmik hadisə hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin geofiziki Pol Erl bildirib ki, 1900-cü ildə baş vermiş zəlzələ müasir cihazlarla qeydə alınmadığı üçün onun maqnitudası bölgədəki dağıntılar və nəticələr əsasında hesablanıb.
Məlumata görə, 1900-cü ildə baş vermiş və "San Narsiso" adı verilən zəlzələnin maqnitudası 7,7 olub. Həmin vaxt Karakasda 21 nəfər ölüb, 50 nəfər yaralanıb, 300-ə yaxın ev, eləcə də hökumət binaları və universitet zədələnib.
Qeyd olunur ki, Venesuela Cənubi Amerika və Karib tektonik plitələrinin qovşağında yerləşdiyi üçün ölkədə zəlzələlər tez-tez baş verir.
Qiymət Mahir