Tramp təzyiqi artırır: Venesuela iqtisadiyyatını nə gözləyir?

Tramp təzyiqi artırır: Venesuela iqtisadiyyatını nə gözləyir?
26.12.2025 21:00 Təhlil

KİV-də əks olunan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Venesuelaya təzyiqi artırmaq üçün yeni tədbirlər görüb. 

Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev ABŞ ordusuna Venesuela neftinə iki aylıq sanksiya tətbiq etməyi tapşırıb.

"Hərbi variantlar hələ də mövcud olsa da, diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün əsasən sanksiyalar vasitəsilə iqtisadi təzyiq tətbiq etməyə yönəlib. İndiyə qədər Maduroya böyük təzyiq göstərilib. Yanvar ayının sonuna qədər Venesuela ABŞ-yə əhəmiyyətli güzəştlər etməyə razı olmazsa, iqtisadi fəlakətlə üzləşəcək", — deyə ABŞ rəsmisi deyib. 

Maraqlıdır, Venesuela neftinə iki aylıq sanksiya ölkə iqtisadiyyatı üçün qısamüddətli və uzunmüddətli hansı nəticələrə yol aça bilər?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən iqtisadçı Günay Hüseynova bildirib ki, qlobal iqtisadi sistemdə iqtisadi hegemon ölkələr bir sıra dövlətlərə qarşı iqtisadi təzyiq mexanizmlərindən geniş şəkildə istifadə edirlər:

“Qlobal iqtisadiyyatda siyasi prosedurlar getdikcə iqtisadi maraqların alətinə çevrilir və mövcud vəziyyət də bu proseslərin tərkib hissəsidir. Venesueladan siyasi razılıq və müəyyən sözləşmələr əldə etmək məqsədilə ABŞ rəhbərliyi bu cür addımlar atır”.

İqtisadçı Venesuela iqtisadiyyatına toxunaraq vurğulayıb ki, ölkə tamamilə neftdən asılıdır və neftin ağır tərkibli kateqoriyaya aid olması ABŞ texnologiyasına ehtiyacı artırır. Onun fikrincə, bu asılılıq Venesuelanı xarici təzyiqlər qarşısında daha həssas vəziyyətə salır:

“İki aylıq sanksiya məsələsi yalnız qeyri-formal açıqlama kimi dəyərləndirilə bilər və bu müddət yeni qərarlarla uzadılaraq uzunmüddətli xarakter ala bilər. Qısamüddətli təsir kimi görünsə də, neftdən asılı bir ölkə üçün bu vəziyyət faktiki olaraq uzunmüddətli iqtisadi çətinlik deməkdir”.

İqtisadçı xüsusilə milli valyutanın dəyərinin qorunmasının vacibliyini önə çəkərək, sanksiyaların bu sabitliyi poza biləcəyini qeyd edib. O, idxal ödənişləri ilə bağlı risklərə də diqqət çəkib:

“Daxili istehsal bazarın tələbatını tam ödəmədiyindən idxala ciddi ehtiyac yaranır və valyutanın qeyri-sabitliyi qiymət artımına, son mərhələdə isə ödənişlərin gecikdirilməsinə və ya valyuta çatışmazlığına gətirib çıxara bilər. Ölkə vətəndaşları üçün də sosial-iqtisadi baxımdan ağır nəticələr qaçılmazdır. Əməkhaqlarının gecikməsi, işsizliyin artması və ümumi fonda hiperinflyasiya vəziyyəti cəmiyyətdə gərginliyi daha da artıracaq”.

İqtisadçı uzunmüddətli perspektivdə iqtisadi çöküş riskinin yüksək olduğunu deyərək əlavə edib ki, bu cür nəticələrin mümkünlüyünü anlayan Venesuela hökuməti sonda ABŞ hökuməti ilə siyasi və iqtisadi razılaşmaya getməyə məcbur qala bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 Bütün Xəbərlər