ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi

ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi
30.07.2026 11:36 Dünya

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper ABŞ Prezidenti Donald Trampa İrana qarşı 10-14 gün davam edə biləcək genişmiqyaslı hava əməliyyatı planı təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, plan İranın raket potensialını ciddi şəkildə zəiflətməyə yönəlmiş intensiv hava zərbələrini nəzərdə tutur. Mənbələrin bildirdiyinə görə, Tramp İranın ABŞ qüvvələrinə son raket hücumuna cavab olaraq hərbi əməliyyatların miqyasını müəyyənləşdirir və qarşısında iki əsas seçim var: Kuperin təklif etdiyi geniş hava kampaniyasını təsdiqləmək və ya diplomatik həll imkanlarını qorumaq üçün daha məhdud zərbələrlə kifayətlənmək.

Nəşr yazır ki, CENTCOM artıq çərşənbə gecəsi İran ərazisində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli onlarla obyektə, o cümlədən komanda məntəqələrinə, raket və pilotsuz uçuş aparatları infrastrukturuna zərbələr endirib. Komandanlıq bunu İranın ABŞ qüvvələrinə raket hücumuna "güclü cavab" adlandırıb.

Qeyd olunur ki, admiral Kuper hesab edir ki, İranın raket imkanlarını genişmiqyaslı hava hücumları ilə əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq ABŞ bazalarına və müttəfiqlərinə qarşı gələcək hücumların qarşısını almağa kömək edəcək.

Bununla yanaşı, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha ehtiyatlı mövqe tutur. O, administrasiyanı ABŞ-ın hava hücumundan müdafiə raket ehtiyatlarının azalması və bunun digər regionlarda təhlükəsizlik riskləri yarada biləcəyi barədə xəbərdar edib.

Məqalədə bildirilir ki, ABŞ administrasiyası daxilində İrana qarşı mümkün yeni genişmiqyaslı əməliyyatlarla bağlı müzakirələr davam edir. ABŞ Konqresində isə bəzi siyasətçilər belə bir kampaniyanın Vaşinqtonu uzunmüddətli və nəticəsi qeyri-müəyyən müharibəyə sürükləyə biləcəyi barədə narahatlıqlarını ifadə edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Bütün Xəbərlər