Proksilər alovlanır – 2026-da böyük toqquşma olacaqmı?

Proksilər alovlanır – 2026-da böyük toqquşma olacaqmı?
25.12.2025 17:18 Təhlil

İsrail İranın raket proqramını bərpa etməsi halında yeni zərbələr endirə biləcəyini istisna etmir. Wall Street Journal yazır ki, Tehran tərəfindən balistik raket proqramının yenidən aktivləşdirilməsi İsrailin hərbi addımlarına səbəb ola və ABŞ-nin bölgədə stabilləşdirmə səylərini ciddi şəkildə çətinləşdirə bilər.


İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələrinin yeni pilotlarının buraxılış mərasimində çıxış edərək ölkənin HƏMAS, Hizbullah və İranın silahlanmasını diqqətlə izlədiyini bildirib. O vurğulayıb ki, təhlükə yarandığı halda İsrail lazım olan tədbirləri görməyə hazırdır. Müdafiə naziri və Hərbi Hava Qüvvələrinin rəhbərliyi də eyni mövqeni bölüşərək İsrailin yeni təhdidlərin qarşısını almaq üçün operativ addımlar atmağa tam hazır olduğunu qeyd edib.


Bu açıqlamalar göstərir ki, Təl-Əvivin hədəfi təkcə İran deyil. 12 günlük müharibə zamanı İranın proksiləri – HƏMAS, Hizbullah və husilər – İsrailə ciddi zərbələr vurmuşdu. Buna görə də rəsmi Təl-Əviv növbəti mümkün hücumdan əvvəl məhz bu qrupları zərərsizləşdirməyə üstünlük verə bilər.


Ancaq digər tərəfdən, İran da geri çəkilməyəcəyini açıq şəkildə nümayiş etdirir. Tehran balistik raket proqramının bərpasını rəsmən elan edərək bu sahəni ölkənin regional nüfuzunun əsas elementi kimi təqdim edir. İsrail isə bu addımı özünə qarşı birbaşa təhlükə kimi qiymətləndirir və sərt reaksiyanın mümkünsüz olmadığını bildirir.

Həyəcanverici məqam odur ki, İranın hər üç proksisi – HƏMAS, Hizbullah və Ənsurullah (husilər) – son aylarda sürətlə silahlanır və fəaliyyətlərini genişləndirir. Suriya hökuməti Hizbullaha ölkə ərazisindən qaçaq silah daşınmasına qarşı müəyyən tədbirlər həyata keçirsə də, bu prosesin qarşısını tam almağa hələ ki nail olmayıb. Buna görə İsrail son həftələrdə İranın yenidən hədəf alınması ilə bağlı ideoloji təbliğatı gücləndirib.

İranı cəsarətləndirən bir neçə amil də var. İlk növbədə, ABŞ-nin bölgədəki mövcudluğu əvvəlki illərlə müqayisədə zəifləyib. Tramp administrasiyası diqqətini daha çox Rusiya–Ukrayna müharibəsinin həllinə yönəldib. 

Digər mühüm faktor İsrail daxilindəki siyasi böhrandır. Netanyahu hökuməti dağılmaq üzrədir və ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün hazırlıqlar gedir. Bu da İran üçün əlavə fürsət pəncərəsi yaradır. 


Üçüncü əhəmiyyətli məsələ isə proksilərin yenidən artan aktivliyidir. 2024-cü ildə liderləri aradan götürüldükdən sonra HƏMAS və Hizbullah müəyyən zəifləmə yaşasa da, son aylarda sürətlə toparlanmağa başlayıblar.

Mövcud vəziyyət İsrailin növbəti hücum ssenarilərini də formalaşdırır. Ən real ehtimal odur ki, İsrail birbaşa İrana hücum etmədən əvvəl məhz proksiləri hədəfə alacaq. Paralel olaraq İranın Suriya və İraqdakı hərbi mövqelərinə də zərbələr endirilə bilər. Kiberhücumların genişləndirilməsi, regional liderlərə qarşı sui-qəsd cəhdlərinin artması və xüsusi əməliyyatların aktivləşməsi də yüksək ehtimal kimi qiymətləndirilir.

Hər nə qədər riskli olsa da, birbaşa İrana qarşı məhdud hava əməliyyatı da istisna edilmir.

Bütün bu faktorlar onu göstərir ki, 2026-cı ilin ilk yarısında dünya İsrail və İran arasında yeni və təhlükəli bir gərginliyin şahidi ola bilər.

Müəllif: Zeynal Əmrəliyev

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər