İsrail və Azərbaycan arasında TARİXİ ANLAŞMA – TƏHLİL

İsrail və Azərbaycan arasında TARİXİ ANLAŞMA – TƏHLİL
04.02.2026 15:42 Təhlil

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.

Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Maraqlıdır, sənəd Azərbaycanda süni intellektin tətbiqinə hansı töhfələri verə bilər?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İsrail süni intellekt sahəsində dünya lideridir:


“İsrail müasir texnologiyalar və süni intellektin tətbiqində dünyanın ən aparıcı ölkələrindən biridir. Nəzərə almaq lazımdır ki, dördüncü sənaye inqilabı kimi səciyyələndirdiyimiz yeni sənayeləşmə mərhələsi həm də süni intellektə əsaslanan sənaye inqilabı olacaq və yeni texnologiyalara əsaslanan yeni sənaye formalaşacaq”.

O, qeyd edib ki, Azərbaycanın hazırkı mərhələdə öz maraqlarını daha da irəli aparmaq üçün imkanları var. Milli maraqlarımızı və dövlət maraqlarının gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından İsraillə əməkdaşlıq bu kontekstdə çox mühüm əhəmiyyət kəsb edir.

Deputat vurğulayıb ki, İsraillə süni intellekt əməkdaşlığı Azərbaycanın strateji maraqlarını gücləndirir.

“Süni intellekt XXI əsrdə həm iqtisadiyyat, həm təhlükəsizlik, həm cəmiyyətin idarə olunması, həm də informasiya təhlükəsizliyi deməkdir. Yəni biz o qədər əhəmiyyətli bir prosesə şahidlik edəcəyik ki, bu, bəşər sivilizasiyasının tarixini dəyişə bilər. Bu baxımdan İsraillə əməkdaşlıq Azərbaycan üçün, Azərbaycan xalqının maraqları üçün strateji əhəmiyyət daşıyır və milli təhlükəsizliyimizin, milli maraqlarımızın qorunmasına böyük töhfələr verəcək”.

Həmçinin İKT üzrə mütəxəssis Fərhad Mirəliyev isə hesab edir ki, İsrailin texnologiyası Azərbaycana qabaqcıl imkanlar qazandırır:


“Sirr deyil ki, İsrail texnologiya sahəsində liderdir. Azərbaycan İsraillə bir neçə sahədə əməkdaşlıq edə bilər. Burada ilk növbədə kibertəhlükəsizlik sahəsini vurğulamaq olar. İsrail bu sahədə çox güclüdür – həm müdafiə xarakterli proqram və aparat təminatı, həm də preventiv tədbirlər üçün alətlər mövcuddur. Misal üçün, “Palo Alto” və “Check Point” kimi İsrail şirkətləri dünya üzrə şəbəkə sistemlərinin müdafiə avadanlıqlarını istehsal edir və hüquq-mühafizə orqanları üçün proqram təminatı hazırlayır. Hərbi sənaye sahəsində də əməkdaşlıq böyük qazanc gətirə bilər”.

O, həmçinin qeyd edib ki, tibbdə və biotexnologiyada İsrailin rəqəmsal diaqnostika, genetika və tibbi avadanlıq sahəsində təcrübəsi Azərbaycanda faydalı ola bilər.

Ekspert bildirib ki, kənd təsərrüfatı sahəsində İsrail səhralıq şəraitdə yüksək məhsuldarlıq əldə etmə texnologiyasına malikdir:

"Bu yeniliklər Azərbaycanda məhsuldarlığı artırmaq üçün tətbiq oluna bilər".

F.Mirəliyev, həmçinin diqqətə çatdırıb ki, süni intellekt və çiplər sahəsində İsrail böyük irəliləyişlər əldə edib. “Mobileye” şirkəti süni intellekt əsaslı avtomobil proqramları, sürücüsüz avtomobillər və uçuş aparatları üzrə təcrübəyə malikdir. Yeni nəsil neyron prosessorlar bioloji beyin prinsipi ilə işləyərək yüksək məhsuldarlıq təmin edir.

Mütəxəssis əlavə edib ki, bundan başqa, İsrail günəş enerjisi sahəsində də liderdir. Yüksək effektivli günəş panelləri və tutumlu batareyalardan istifadə texnologiyası Azərbaycana enerji sahəsində də böyük töhfə verə bilər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər