Ermənistanın gələcək taleyini Bakı müəyyənləşdirir – ŞƏRH

Ermənistanın gələcək taleyini Bakı müəyyənləşdirir – ŞƏRH
05.12.2025 17:36 Təhlil

Ermənistan hökuməti ölkədə “xarici təsir agentlərinin” tam ifşa olunduğunu və onların maliyyə mənbələrinin neytrallaşdırıldığını açıqlayıb. Paşinyan konkret ölkə adını çəkməsə də, ekspertlər bunun Rusiyaya işarə olduğunu bildirirlər. Analitiklərə görə, bu addım İrəvan–Moskva münasibətlərində gərginliyin artdığını və Ermənistanın xarici siyasətində yeni mərhələyə keçidi göstərir.   

Maraqlıdır, Ermənistanın “xarici təsir agentlərini” ifşa etməsi və bunun Rusiyaya yönəlməsi ölkəni hansı regional-riskli balanslara sürükləyə bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Aqşin Kərimov bildirib ki, Azərbaycan Ermənistanın siyasi kursunu formalaşdıran əsas amildir: 


"Ermənistanın yeni xarici siyasət konsepsiyasını formalaşdıran əsas aktorlar sırasında Azərbaycan artıq lider mövqeyini tutub. Bakı İrəvanın ictimai-siyasi düsturunu dəyişdirən, Ermənistanın gələcək taleyini müəyyənləşdirən təsir mexanizmlərinə sahib aktora çevrilib.

Bu prosesi düzgün qiymətləndirmək üçün onu Azərbaycanın Ermənistan üzərində qurduğu nəzarət alətləri və Bakının sülh gündəminə uyğun olaraq İrəvana irəli sürdüyü şərtlər prizmasından analiz etməliyik. Ermənistanda atılan istənilən addım – o cümlədən xarici siyasətlə bağlı dəyişikliklər – birbaşa Azərbaycanın yürütdüyü strateji xəttin təzahürü kimi dəyərləndirilməlidir".   

Analitik qeyd edib ki, Azərbaycan İrəvanı nəzarətdə saxlayır:


“Azərbaycanın məqsədi Ermənistanı xarici təsirlərin yaratdığı təhlükələrdən qorumaq və ölkəni revanşist meyillərdən uzaq tutmaqdır. Ermənistan kənar təsirlərə məruz qaldıqca, Bakı ilə sülh gündəmində irəliləyiş ləngiyir və İrəvanda yenidən revanşizm cəhdləri güclənir. Bunun qarşısını almaq üçün Azərbaycan siyasətini daim yeniləyir və Ermənistanın bütün siyasi-hərəkət trayektoriyasını ciddi nəzarətdə saxlayır”.

Ekspertin qənaətincə, Ermənistan Rusiyanı Azərbaycana qarşı hərəkətə sövq edə bilər:

“Ermənistan–Rusiya münasibətlərinə gəldikdə, mövcud məlumatlar tərəflər arasında açıq rəqabət və qarşıdurmanın artdığını göstərir. Bununla belə, Ermənistanla Rusiya arasında gizli anlaşmaların mümkünsüz olmadığını da nəzərə almaq lazımdır. “X” anında Ermənistan Rusiyanı Azərbaycana qarşı daha sərt qərarlar qəbul etməyə yönəldə biləcək addımlar ata bilər”.

A.Kərimov, həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistandakı artan təsiri Rusiya ilə münasibətlərdə gərginliyə səbəbdir:  

“Hərçənd Rusiya Azərbaycanla münasibətlərə daha yüksək prioritet verir, lakin Bakı–Moskva xəttində mövcud gərginliklərin mühüm səbəblərindən biri Ermənistan amilidir. Ermənistan məsələsində Azərbaycanın yüksələn nüfuzu Kremlin maraqları ilə tam üst-üstə düşmür. Bu səbəbdən Rusiya Azərbaycanın regionda qurduğu yeni təsir sistemini tam qəbul etmək istəmir və geosiyasi mövqelər baxımından Bakı ilə rəqabətdə qalmağa çalışır”.

Politoloq qeyd edib ki, Azərbaycan Rusiyanı və Ermənistanı sülh xəttinə uyğun hərəkət etməyə məcbur edir:

“Azərbaycan isə Ermənistanın sülh gündəminə sadiqlik göstərməsini tələb edir və eyni zamanda Rusiyanı da bu gündəmə uyğun davranmağa təşviq – lazım gəldikdə isə məcbur – edəcək. Çünki Moskva üçün Azərbaycanla əməkdaşlıq Ermənistanla münasibətlərdən daha geniş imkanlar və dividendlər yaradır. Bakı isə bu dividendlərin özünə qarşı alətə çevrilməsinin qəti əleyhinədir”.

Ekspert sonda əlavə edib ki, bu kontekstdə Azərbaycan–Rusiya münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsaslarında davam edəcək, Bakı da öz strateji tələblərini Moskvaya ardıcıl şəkildə çatdıracaq.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər