Paşinyan üçün seçkiöncəsi risk: İddialar təkzib olunsa da...

Paşinyan üçün seçkiöncəsi risk: İddialar təkzib olunsa da...
13.11.2025 12:00 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının ölkənin Xarici Kəşfiyyat Xidmətinin yaradılmasında iştirak etməsi ilə bağlı iddiaları təkzib edib. O, bu məlumatları “cəfəngiyyat” adlandıraraq bildirib ki, xidmətin formalaşdırılması tamamilə Ermənistan qanunvericiliyinə uyğun şəkildə aparılıb. Paşinyanın sözlərinə görə, yeni qurum beynəlxalq təcrübəyə əsaslanır və müxtəlif ölkələrin kəşfiyyat strukturları ilə əməkdaşlıq edir.

Maraqlıdır, bu, Ermənistanın real xarici siyasət kursunu nə dərəcədə əks etdirir və bu açıqlama Moskva ilə münasibətlərə hansı siqnalı verir?


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Paşinyanın bəyanatı Ermənistanın Qərb strukturları ilə əlaqələrinin dərinliyinə dair sualları tam aradan qaldırmasa da, onun suverenlik mesajı kimi qiymətləndirilə bilər:

“Əlbəttə, Nikol Paşinyan belə bir açıqlama verməzdi, çünki bu, həm Ermənistan qanunlarına, həm də ümumilikdə beynəlxalq hüquqa ziddir. Heç bir xarici dövlət digər dövlətin kəşfiyyat xidmətinin yaradılmasında birbaşa iştirak edə bilməz. Bununla belə, mümkündür ki, Ermənistan hökuməti bu sahədə təcrübəsi olan digər ölkələrdən məsləhət və ya texniki dəstək almış olsun. Böyük Britaniya da bu baxımdan istisna deyil, çünki Britaniyanın kəşfiyyat xidməti hazırda dünyada ən güclü və peşəkar strukturlardan biri kimi tanınır”.

Ekspertin fikrincə, xarici əməkdaşlıq cəhdləri gələcəkdə ölkə rəhbərliyi üçün siyasi və hüquqi nəticələrə səbəb ola bilər:

“Bu kontekstdə Paşinyanın rəsmi Londondan müəyyən məsələlərdə məsləhət və ya dəstək istəməsi ehtimal olunur. Lakin qeyd etdiyim kimi, bu, həm Ermənistan qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından ziddiyyətli hal sayılır. Başqa dövlətin öz kəşfiyyat sirlərini xarici ölkə ilə bölüşməsi yolverilməzdir. Belə addım Paşinyan üçün həm seçkiöncəsi dövrdə siyasi risk yarada, həm də hakimiyyətdən getdikdən sonra onun barəsində istintaq başlanması üçün əsas ola bilər — çünki bu, dövlət sirrinin digər ölkələrin xüsusi xidmət orqanlarına ötürülməsi kimi qiymətləndirilə bilər”.

Z.Əmrəliyev vurğulayıb ki, Ermənistan hakimiyyəti hüquq-mühafizə sistemini yeniləməklə təhlükəsizlik strukturunu mərkəzləşdirməyə çalışır:

“Son dövrlərdə Ermənistanda hüquq-mühafizə sisteminin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılıb. Məsələn, Ədliyyə Nazirliyində islahatlar həyata keçirilib, Daxili İşlər Nazirliyinin strukturlaşdırılması məsələsi aktuallaşıb və bu istiqamətdə bir sıra tədbirlər görülüb. İndi isə hökumət xarici kəşfiyyat xidmətinin yaradılması istiqamətində mühüm addımlar atır. Qeyd etmək lazımdır ki, indiyədək bu xidmət Ermənistanda tam mütəşəkkil və müstəqil şəkildə fəaliyyət göstərmirdi, lakin indi görünür ki, hökumət belə bir qurumun formalaşdırılmasına qərar verib”.

Politoloq, həmçinin əlavə edib ki, kadr çatışmazlığı fonunda xarici təcrübəyə söykənmək ölkə rəhbərliyi üçün gələcəkdə siyasi risklər yarada bilər:

“Bu prosesin uğurlu olması üçün kadr potensialı əsas şərtdir. Əgər bir ölkə effektiv kəşfiyyat xidməti qurmaq istəyirsə, peşəkar və hazırlıqlı kadrların olması vacibdir. Görünür, Paşinyan hökuməti strukturun formalaşdırılması və kadrların hazırlanması mərhələsində digər ölkələrin təcrübəsindən yararlanmağa çalışır. Lakin bu, gələcəkdə, xüsusilə də Paşinyan hakimiyyətdən getdikdən sonra, onun üçün ciddi siyasi və hüquqi nəticələr doğura bilər”.

Jalə Rövşən

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər