Prezident Əliyevin Göyçə gölünün sahilində "foto"su - PROQNOZ

Prezident Əliyevin Göyçə gölünün sahilində "foto"su - PROQNOZ
11.05.2026 14:10 Təhlil

Fotonun alt sətri nə idi?

Və niyə məhz belə bir foto ilə Prezident mesajını qeyri-siyasi təqdimatla bəyan etdi?

İnsan öz evində rahat olur, sərbəst davranır və bu, onun ən qabarıq instinktidir.

Lakin Zəngilandan, Əliyevin istirahət və qələbə mesajı verdiyi nöqtədən Ermənistana aşağı-yuxarı 3 km olar, olmaz.

İstirahət hüquqdan əvvəl arxayınlıq, təhlükəsizlik və özünəinamın təcəllisidir ki, kimsə onu orada təhdid edə bilməz.

Qalibiyyətin işarəsini isə görüşdə zatən bəyan etmişdi:

“Biz istəmirdik ki, Ermənistanla savaşaq və onu məcbur qalaraq məğlub edib, özümüzdən asılı vəziyyətə salaq.”

Zatən Ermənistandakı seçkilərin baş şüarı da bu deyilmi?

“Paşinyan Əliyevin vassalıdır”, — deyir müxalifət.

Yeri gəlmişkən, burada zidd heç nə yoxdur, təbiidir və bu əsər də Prezident Əliyevin gücünün ifadəsidir. Sadəcə Paşinyan örnəyini Koçaryana, Karapetyana da göstərdi ki, revanşizmin fərqli aqibəti ola bilməz və erməni xalqı üçün hazırda açılan qapıları birilərinə görə əbədi bağlamağa dəyməz.

Koçaryan demişkən, bu əcaib varlıq seçkilər çərçivəsində Göyçənin Şişqaya kəndinə gəlib, bir xeyli də sərsəmləmələrdə bulunub.

Amma xatırlatmaqda fayda var:

General Madatovun başını külləyib Qarabağın kəndlərini Mehdiquludan aldığı dövrü çoxdan bizdə qapadıblar. Allah Ələsgərə rəhmət eləsin, Göyçə torpağı da sevənləri üçün müqəddəsdir, oradan da Qarabağ qoxusu gəlir.

Belə bir fotonu Göyçə sahilində də görəcəyik, lakin dediyimiz kimi, işğalla deyil.


Əziz Əlibəyli - Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər