Kreml Ermənistanı "KÜNCƏ SIXIR" - Qaz 600 dollar olacaq?

Kreml Ermənistanı "KÜNCƏ SIXIR" - Qaz 600 dollar olacaq?
03.04.2026 12:45 Təhlil

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan görüşündən sonra Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “TASS”a müsahibə verib. O, Rusiyanı Ermənistanla bağlı narahat edən əsas məqamlara toxunub. Xüsusilə “Əgər Rusiya şirkətləri Ermənistanda pul qazana bilmirsə, niyə erməni iş adamları Rusiyada qazanırlar?” fikri, Metsamor AES-i, dəmir yolu konsessiyası məsələsi və Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı düşüncələri diqqət çəkib.  


Maraqlıdır, Rusiya bundan sonra hansı addımları ata bilər?    

Sözügedən mövzunu politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Nikol Paşinyanın Moskvaya səfəri Rusiyanın Ermənistana yönəlik təhdidləri fonunda baş tutub: 

"Vladimir Putin Paşinyanı dolayısı yollarla təhdid edib. O, Ermənistana satılan qazın dünya bazarındakı qiymətdən aşağı olduğunu vurğulayıb: dünya bazarında 600 dollar olan qaz Ermənistana 177 dollara satılır. Putin bununla eyham vurub ki, əgər bu vəziyyət davam edərsə, qiymətlər dünya bazarına uyğunlaşdırıla bilər və bu, Ermənistan üçün sarsıdıcı maliyyə zərbəsi ola bilər". 

Analitik qeyd edib ki, digər tərəfdən, Putin Ermənistanla Rusiya arasında 11 milyard dollarlıq ticarət dövriyyəsinin olduğunu və bunun təxminən 7 milyardının Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına aid olduğunu vurğulayıb: 


"Bununla da o, eyham vurub ki, əgər Paşinyan hakimiyyəti indiki siyasi kursunu davam etdirərsə, həmin 7 milyard dollarlıq kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac olunmaya bilər və bu, Ermənistan iqtisadiyyatı üçün ciddi zərbə olar". 

O, vurğulayıb ki, Rusiya tərəfi həmçinin, Avropa Birliyinə yaxınlaşma və Avrasiya İqtisadi İttifaqında fəaliyyətin paralel xarakter daşıya bilməyəcəyini xəbərdarlıq edir:

"Bu, Rusiyanın Ermənistanı Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud olan güzəştlərdən məhrum etməklə təhdid etməsi deməkdir. Ümumilikdə götürsək, Rusiyanın Ermənistana qarşı kifayət qədər ciddi təzyiq mexanizmləri mövcuddur". 

Politoloqun qənaətincə, hələlik Paşinyan hakimiyyəti müqavimət göstərir və seçkiqabağı geriyə addım atmaq niyyətində deyil: 

"Bununla belə, rəsmi İrəvan Rusiya və Qərb arasında balans siyasətini qorumağa çalışır. Halbuki Kremlin davranışlarından belə anlaşılır ki, artıq bu balans siyasəti effektiv deyil və yaxın vaxtlarda Ermənistana müəyyən problemlər yarada bilər". 

Elçin Xalidbəyli hesab edir ki, seçki prosesi yaxınlaşdıqca Rusiyanın Ermənistana qarşı təzyiqləri daha da artacaq: 


"Bu o deməkdir ki, Kremlin məqsədi Ermənistanla bağlı məsələni Rusiyanın xeyrinə birdəfəlik həll etməkdir. Yaxın bir-iki ay ərzində Ermənistan cəmiyyəti ölkələrinin gələcək taleyi ilə bağlı strateji seçim etmək məcburiyyətində qalacaq."

Politoloq sonda diqqətə çatdırıb ki, əgər Paşinyan hakimiyyəti seçkidə qalib gələrsə, Ermənistanın Qərbə yaxınlaşma siyasətinin davam edəcəyi şübhə doğurmur. Əks halda, Rusiyanın agentura şəbəkəsinə bağlı siyasi qüvvələr qalib gələrsə, Ermənistan yenidən Rusiyanın təsirinə düşəcək.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər