XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT

XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT
15.07.2026 15:29 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara münaqişə bölgəsindən uzaq qalmaq barədə çağırış edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.

Xüsusilə Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.

Bu çərçivədə Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.

Bununla yanaşı, rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edirik.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Bütün Xəbərlər