“Bu, danışıqlar prosesinə töhfə verə bilər” – Politoloq RƏYİ

“Bu, danışıqlar prosesinə töhfə verə bilər” – Politoloq RƏYİ
20.02.2026 18:00 Təhlil

ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan haqqında danışıb. 


O, hər iki liderin mövqelərində dayanan insanlar olduğunu bildirib:

“Onlar yaxşı insanlardır, amma öz mövqelərində dayanan insanlardır. Düşünürəm ki, onlar dost olublar”.

ABŞ Prezidenti qeyd edib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq.

“Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar”, – deyə o əlavə edib.

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, politoloq Tamilla Qulami bu barədə TodayPress TV-yə danışıb. 


O, Donald Trampın İlham Əliyev və Nikol Paşinyan barəsində səsləndirdiyi ifadələrin daha çox siyasi optimizm və simvolik diplomatiya xarakteri daşıdığını bildirib: 


“Xüsusilə, Trampın seçkidən öncə dünyaya sülh gətirəcəyi ilə bağlı mesajlar verməsi, Rusiya–Ukrayna savaşını 24 saat ərzində bitirəcəyi bəyanatını xatırlasaq, görərik ki, onun üçün bu tip məqamları digər münaqişə regionları üzrə də səsləndirmək siyasi baxımdan önəmlidir. Ona görə də Trampın Vaşinqtonda səsləndirdiyi fikirlər siyasi ritorika ilə diplomatik reallığın kəsişdiyi müstəvidə qiymətləndirilməlidir”.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan arasında onillərə, hətta yüzillərə dayanan mürəkkəb münaqişə prosesi yalnız bir görüş və ya qısa zaman kəsiyi ilə yekunlaşa biləcək məsələ deyil:


“Bunun üçün verilən mesajlar və səsləndirilən vədlər real addımlarla müşayiət olunmalıdır. Sülhün real, etibarlı və davamlı olması üçün sərhədlərin delimitasiya və demarkasiyası, təhlükəsizlik təminatları, kommunikasiyaların açılması, hüquqi öhdəliklərin institusionallaşdırılması kimi fundamental məsələlər həllini tapmalıdır. 

Düzdür, sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiya və Gürcüstanla da mövcud olub, Gürcüstanla isə hələ də qalmaqdadır – lakin bu, Sülh müqaviləsinin imzalanmasına maneə hesab edilmir. Konstitusiya dəyişikliyi məsələsi isə Azərbaycanın mütləq tələbidir. Ümumilikdə, Trampın “24 saatda həll etdik” ifadəsi daha çox siyasi jest və diplomatik uğur göstəricisi kimi təqdim olunur”. 

Analitikə görə, “dostlaşma” ifadəsi beynəlxalq münasibətlər kontekstində emosional deyil, funksional məna daşıyır. Dövlətlərarası münasibətlər şəxsi simpatiyaya deyil, milli maraqlara, təhlükəsizlik prioritetlərinə və geosiyasi balanslara əsaslanır. Liderlər arasında müsbət atmosferin formalaşması danışıqlar prosesinə töhfə verə bilər, lakin bu, avtomatik olaraq dərin struktur problemlərin həlli demək deyil.


“Digər tərəfdən, ABŞ-nin Cənubi Qafqazda aktiv mövqe nümayiş etdirməsi geosiyasi kontekstlə də bağlıdır. Xüsusilə Orta Dəhliz – TRIPP (Zəngəzur dəhlizi) layihəsi fonunda region enerji və nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Bu məkanda təsir imkanlarının genişlənməsi böyük güclər arasında rəqabət elementini  gücləndirir. Bu baxımdan səsləndirilən bəyanatlar həm də Vaşinqtonun regiondakı rolunu qabartmaq və vasitəçi statusunu ön plana çıxarmaq məqsədi daşıya bilər”, - deyə Tamilla Qulami diqqətə çatdırıb.

O əlavə edib ki, Cənubi Qafqazda illərlə xüsusi rol oynamağa çalışan Rusiyanın fonunda Trampın bu fikirləri siyasi iradənin nümayişi və müsbət diplomatik siqnal kimi qiymətləndirilə bilər: 

“Lakin davamlı və güvənli sülh üçün konkret hüquqi mexanizmlər, regional güc balansının nəzərə alınması və qarşılıqlı etimad mühiti real addımlarla təsdiqini tapmalıdır. Buna görə də bəyanatın real nəticələrə çevrilməsi prosesin növbəti mərhələlərində atılacaq praktiki addımlardan asılı olacaq”.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bütün Xəbərlər