“II İliyanın yerinə gələn bunları nəzərə almalıdır” - Dosent

“II İliyanın yerinə gələn bunları nəzərə almalıdır”  - Dosent
18.03.2026 17:15 Təhlil

Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. 

1977-ci ildən Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edən Patriarxın onilliklər boyu davam edən fəaliyyəti regionun dini-siyasi mənzərəsində ziddiyyətli məqamlarla yadda qalıb. 


Xüsusilə bölgədə sülhün bərqərar olması istiqamətində real addımların atılmaması, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə erməni tərəfinin dini məbədlərimizə və müqəddəs ocaqlarımıza qarşı törətdiyi vandallıqlara səssiz qalması diqqət çəkən əsas məqamlardandır.  

Bununla yanaşı, məhz onun rəhbərliyi dövründə "Keşikçidağ" (David-Qareci) monastır kompleksi ətrafında gərginlik körüklənmiş, tarixi faktlara əsaslanan alban irsi iddiaları qarşısında kilsənin qatı mövqeyi iki ölkə arasındakı münasibətlərdə müəyyən çətinliklər yaratmışdı. 

Bəs ümumilikdə II İliya bir dini lider kimi bölgənin həyatında və dövlətlərarası münasibətlərdə hansı rolu oynadı? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarix elmlər namizədi, dosent Akif Nağı II İliyanın Azərbaycana qarşı xüsusi münasibətinin müşahidə edilmədiyindən bəhs edib:


“Azərbaycan daim Gürcüstanı dəstəkləyib, onun ərazi bütövlüyü ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyub və ən ağır vaxtlarında bu ölkəyə maddi yardım göstərib. Bunun müqabilində isə onların dini rəhbəri tərəfindən hər hansı müsbət addım qeydə alınmayıb”.

Tarixçi məsələnin iki əsas tərəfini izah edib:

“1. Gürcüstanın dini rəhbərinin Azərbaycana münasibəti: 

Azərbaycana olan münasibət vacib məsələdir. Ölkəmiz 30 il ərzində Ermənistanın işğalına məruz qaldı. Bu müddət ərzində II İliya ədalətli mövqe nümayiş etdirdimi? Bir xristian kilsəsinin rəhbəri kimi Ermənistan rəhbərliyini ittiham etdimi? Məlumdur ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm də kilsəsi Azərbaycana qarşı işğal faktında birbaşa iştirak edirdi. Bütün əsassız iddiaların kökündə kilsə dayanırdı və o, işğalçı müharibənin ideoloqu rolunda çıxış edirdi. 

Xristianlıq qanunlarında başqasına hücum etmək və ya insan öldürmək yoxdur. II İlya ən azından öz dini mövqeyindən çıxış edərək buna münasibət bildirməli idi, lakin bunu etmədi. 

Onun Şeyxülislam Allahşükür Paşazadə ilə müəyyən təmasları olub, müxtəlif tədbirlərdə bir araya gəliblər, lakin o, heç vaxt Ermənistanın işğalçı siyasətinə qarşı praktik bir addım atmayıb.


2. Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti: 

Məsələnin digər tərəfi Gürcüstandakı soydaşlarımızın dini icmalarının vəziyyətidir. Təxminən 15-16 il əvvəl orada dini icmalarla bağlı müəyyən problemlər yarandı. 

Müsəlmanlara qarşı təzyiqlər, hətta məscidlərin bağlanması ilə bağlı məlumatlar yayılmışdı. Bu hadisələr baş verən zaman da II İliyanın hər hansı dəstəkverici addımının şahidi olmadıq. 

Xüsusilə 2011-ci ildə Gürcüstan dövləti öz kilsəsindən əlavə digər dini qurumlarla, o cümlədən Azərbaycan müsəlmanlarının dini icması ilə bağlı müəyyən qanun layihəsi hazırladı. II İliya bu təşəbbüsü rəğbətlə qarşılamadı, demək olar ki, onun əleyhinə çıxış edərək anti-Azərbaycan mövqeyində dayandı. Orada yaşayan müsəlmanlar, onların ibadət hüquqları, lazımi şəraitin yaradılması və müəyyən imtiyazların verilməsi ilə bağlı onun tərəfindən heç bir təşəbbüs irəli sürülmədi”. 

Akif Nağı sonda II İliyanın yerinə gələcək şəxsin bu vacib məqamları mütləq nəzərə almalı olduğunu diqqətə çatdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər